Daily Mirror: Vanqa İŞİD-in hücumu barədə xəbərdarlıq etmişdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Maraqlı, Dünya

Daily Mirror: Vanqa İŞİD-in hücumu barədə xəbərdarlıq etmişdi

Daily Mirror: Vanqa İŞİD-in hücumu barədə xəbərdarlıq etmişdi


Bolqarıstanlı öncəgörücü Vanqa ABŞ-da sentyabrın 11-də terror aktları və Taylandda sunami barədə, eləcə də 2016-cı ildə dini ekstremistlərin Avropanı zəbt edəcəyinə dair xəbərdarlıq etmişdi, The Daily Mirror qəzeti məlumat yayıb.

Oxu.Az “Gazeta”ya istinadən xəbər verir ki, o, 2010-cu ildə baş verən “ərəb baharı”ndan sonra başlayacaq və 2043-cü ildə mərkəzi Romada olacaq xilafətin qurulması ilə başa çatacaq böyük müharibəni öncədən görüb.

Nəşr vurğulayıb ki, Vanqanın “peyğəmbərliyi dəhşətlidir”. Əgər öncəgörücüyə inansaq artıq gələn ilin sonunda Avropanın indiki vəziyyəti mövcud olmayacaq, qitə isə çöllüyə çevriləcək.

Bununla yanaşı hal-hazırda “İslam dövləti” (İŞİD) Avropanın yaxınlığında yerləşən Suriya və Liviyanın ərazilərini ələ keçirir.

Qeyd edilir ki, 1996-cı ildə 85 yaşında ölən Vanqa həqiqətə çevrilən çoxsaylı hadisələri öncədən görüb. Bəziləri onu “Balkan Nostradamusu” adlandırır, belə ki, o, 50-ci illərdə iqlim dəyişiklikləri haqqında xəbərdarlıq edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *