Əli Abbasovdan açıqlama » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Əli Abbasovdan açıqlama – “İş başındayam...”

Əli Abbasovdan açıqlama


“Hesab edirəm ki, Milli Təhlükəsizlik Nazirliyində baş verənlərlə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyində heç bir qanun pozuntusuna yol verilməyib”.

AzNews.info “APA-Economics”ə istinadən xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

“Hesab edirəm ki, saxlanılanlar barəsində qanun çərçivəsində tədbir görüləcək. Mətbuatda bizim nazirlik ətrafında baş verənlər barədə yanlış informasiyalar verilir. Düşünürəm ki, hər şey qanun çərçivəsində həll olunacaq”, - deyə nazir bildirib.

Ə. Abbasov işdən kənarlaşdırılması barədə mətbuatda yayılan məlumatlara da münasibət bildirib: “Bu məlumatlar həqiqəti əks etdirmir. Mən iş başındayam və vəzifəmin icrasını davam etdirirəm”.

Mənbə: APA-Economics
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *