Uorlik: Qarabağda atışma qəbuledilməzdir
Təmas xəttini keçdiyimiz zaman daimi atışmalara görə ATƏT nümayəndələri daldalanmalı olublar.
Oxu.Az xəbər verir ki, diplomat bu barədə Twitter şəbəkəsindəki səhifəsində yazıb.
“Bu, qəbuledilməzdir”, - həmsədr qeyd edib.
Qeyd edək ki, ATƏT-in cari sədrinin şəxsi mandatına uyğun olaraq oktyabrın 27-də Azərbaycan və erməni qoşunlarının Azərbaycanın Tərtər rayonundakı təmas xəttində monitorinq keçirilib.
Azərbaycan Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, həmsədrlərin Tərtər rayonu ərazisində keçirdiyi monitorinq zamanı düşmən tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri istiqamətində avtomatik silahdan bir neçə dəfə atəş açılıb.
Mənbə:> Oxu.Az