Zambiya prezidenti milli valyutanın məzənnəsini dualarla artırır » AzNews.info -Xəbər portalı

Zambiya prezidenti milli valyutanın məzənnəsini dualarla artırır

Zambiya prezidenti milli valyutanın məzənnəsini dualarla artırır


Zambiya prezidenti Edqar Lunqu ölkənin milli valyutası – kvaçinin məzənnəsinin artması üçün dua etməyə çağırıb, Bloomberg məlumat yayıb.

80 faizi xristianlardan ibarət olan Zambiya sakinləri bazar günü oktyabrın 18-də əsas milli bayram qeyd olunan zaman dua edəcəklər.

Həmin gün ölkədə bütün barlar, gecə klubları və digər əyləncə müəssisələri bağlanacaq, eləcə də milli futbol assosiasiyasının matçları ləğv edilib. Ölkənin bütün kilsələrində ayinlər keçiriləcək.

Prezidentin təşəbbüsü cəmiyyətin bölünməsinə səbəb olub. Bir sıra xadimlər Lunqunun çağırışına qoşulacaqlarını vəd ediblər.

“Hökumətin vəziyyəti dəyişmək üçün göstərdiyi səylər uğur gətirmədi, qarşıdan gələn yanacağın qiymət artımı işləri daha da pisləşdirəcək. Bizə mütləq ilahi müdaxilə lazımdır”, - “Həyat çörəyi” kilsəsinin yepiskopu Co İmkakando bildirib.

Eyni zamanda Zambiyanın şimali-qərbində iri tayfalardan birinin rəhbəri iqtidar Vətənpərvər cəbhəsinin üzvlərini “axmaqlar” adlandırıb.

“Nə üçün oruc tutub, dua etməliyik? İqtisadi möcüzə üçün? Məgər bu bədbəxtlikləri bizə Tanrı göndərib?”, - o qeyd edib.

İlin əvvəlindən kvaçi dollara nisbətən 45% ucuzlaşıb, bu isə Bloombergin izlədiyi 155 dünya valyutası arasında rekord olub. Məzənnənin ucuzlaşması Zambiyanın əsas ixracı olan misin qiymətlərinin 20 faiz ucuzlaşması ilə əlaqədardır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *