«Əks halda bu vəsaitlər göyə sovrulmuş kimi olur» » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

«Əks halda bu vəsaitlər göyə sovrulmuş kimi olur»

«Əks halda bu vəsaitlər göyə sovrulmuş kimi olur»


“Biz məmurların yeniləşməsi zərurətini həmişə vurğulayırıq. Bildiririk ki, Marksizm və Leninizm təmayülündən uzaq olan, yeni dövrün prinsipləri ilə ayaqlaşan, kreativ və qabaqcıl ali məktəblərin yetirməsi olan kadra ehtiyacımız var. Ölkəmizdə çevik idarəçilik sistemi bərqarar olmalıdır. Azərbaycan dövləti təhsilin keyfiyyətinin yüksəlməsi istiqamətində böyük maliyyə vəsaiti xərcləyir. Biz ayırdığımız vəsaitin nəticəsini görməliyik”.

Bu sözləri “Bizim Yol” qəzetinə Milli Məclisin deputatı Zahid Oruc Prezident Adminitrasiyasının rəhbəri Ramiz Mehdiyevin açıqlamsına münasibət bildirərkən dedi. R.Mehdiyevin təhsil sahəsində çağırışlarını yüksək dəyərləndirən Z.Oruc bu barədə hakimiyyət qurumları arasında yeni müzakirələrə, təhlillərə və əməkdaşlığa ehtiyac olduğunu bildirdi: “Cəfər Cabbarlının XX əsrdə yaratdığı Sevil obrazı çarşabdan və hicabdan imtina edirdisə, XXI əsrdə biz çarşaba və hicaba bürünməklə orta əsrlərə dönürük. Mən hicabı cəhalətin, geriliyin və qaranlığın əlaməti saymıram. Elmi biliklərə yiyələnmək, dünya görüşünün qabaqcıllığını istəmiriksə, deməli biz təhsil sahəsində sistemdə nələrisə səhv qurmuşuq. R.Mehdiyevin çıxışına əsasən müvafiq qurumlar birləşərək yeni bir proqram hazırlamalıdır. Diqqət edin, ali təhsil almaq üçün qəbul imtahanlarında iştirak edib universitetlərə qəbul olunanlar sırasında cənub bölgəsində qızlar, Zaqatala-Balakən bölgəsində isə oğlanlar azlıq təşkil edirlər. Dinin təhsil sahəsində təsirlərinə şərait yaradılmamalıdır. Paytaxt Bakı ilə yanaşı bölgələrimizdə də təhsil sahəsində modern baxışa ehtiyac var. Təhsil sərvətdir”.

Z.Oruc bildirdi ki, bəzi qüvvələr Prezident Administrasiyası rəhbərinin açıqlamasına istinad edərək propaqanda xarakterli çıxışlar edirlər: “Guya ki, R.Mehdiyevin çıxışı dövlətin məsuliyyətini öz üzərindən atmağa yönəlib. Dövlət məktəbə investsiya qoyursa, sovet dövrünün bu infrastrukturda 70 ildə edə bilmədiyini edərək yeniləşdiribsə, təhsilə böyük vəsaitlər qoyubsa, dövlətin tamamı ilə ixtiyarı var ki, orta və ali məkətəblərdən dövlət quruculuğuna və hökumət işində kadrların yetişdirilməsini tələb etsin. Əks halda bu vəsaitlər göyə sovrulmuş kimi olur. Hesab edirəm ki, təhsil və elm sahəsinə ayrılan vəsaitlər dövlətə savad və intektual kadrlar kimi dönməlidir”.

Mənbə: Bizimyol.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *