Prezidentin “sökün” əmrindən sonrakı vəziyyət – FOTO
“Qafqazinfo”nun əməkdaşları bu gün sözügedən villaların yerləşdiyi “Dostluq” parkının ərazisində olub. Məlum olub ki, söküntü işlərini Bakı Şəhər İcra Hakimiyyəti aparır. Söküntüyə nəzarət edən şəxs uçurulan villaların sayını açıqlayıb: “Yuxarı hissədə bu vaxta qədər 5 villa sökülüb. İndi də üçünü sökürük. Hələ ətrafda yenə villalar var. Göstəriş verilsə, onları da sökəcəyik”.
Bu villlaları mühafizə edən daş hasarlar da dağıdılıb. Hazırda sökülən iki villanın materialları ərazidən daşınır.
Sözügedən ərazidən fotoları təqdim edirik:
Mənbə:> Qafqazinfo.az