Prezident fərman imzaladı
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ADA” Universitetinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
AzərTAc-ın məlumatına görə, “ADA” Universitetinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilib:
1.3-cü bəndə “səviyyələri” sözündən sonra “və orta ixtisas təhsili” sözləri, ikinci halda “ali” sözündən sonra “, orta ixtisas” sözləri əlavə edilib;
2.1-ci bəndin ikinci cümləsinə “institutlar” sözündən sonra “, kolleclər“ sözü əlavə edilib;
5.1.2-ci yarımbəndə “ali” sözündən sonra “və orta ixtisas” sözləri əlavə edilib;
5.2.1-ci yarımbənddən “üzrə üç səviyyədən ibarət” sözləri çıxarılıb və həmin bəndə “doktorantura” sözündən sonra “, habelə orta ixtisas təhsili üzrə” sözləri əlavə edilib;
5.5-ci bəndin birinci cümləsinə “magistratura” sözündən sonra “, habelə orta ixtisas” sözləri əlavə edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək;
mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.
Mənbə:> AzərTAc