Özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı ayrıldı
Prezident İlham Əliyev Azərbaycan Respublikasında özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.
Virtualaz.org-un məlumatına görə, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 3 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə tapşırılıb ki, bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Mənbə:> Virtualaz.org