Bakı-Quba yolunda təmir gecə saatlarında aparılacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Rəsmi, Sosial

Bakı-Quba yolunda təmir gecə saatlarında aparılacaq

Bakı-Quba yolunda təmir gecə saatlarında aparılacaq

Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6–18-ci kilometrlik hissəsinin yenidən qurulması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-tikinti işləri davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən virtualaz.org-a verilən məlumata görə, hazırda yolun “Xırdalan dairəsi”ndən Beynəlxalq Avtovağzal kompleksinin qarşısınadək olan hissəsində işlər davam etdirilir.

Sözügedən istiqamətdə gündüz saatlarında hərəkət intensivliyi nəzərə alınaraq təmir-tikinti işləri gecə saatlarında aparılır. Bu məqsədlə gecədən səhər saatlarınadək işlərin aparıldığı ərazilər üzrə hərəkət qısa müddətlik hissə-hissə və qismən məhdudlaşdırılır.

Sıxlığın yaranmaması üçün sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Yaranan müvəqqəqi narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *