Əliyevin əfv etdiyi tanınmışlar
Prezidentin verdiyi əfv sərəncamı ilə bir sıra tanınmış şəxslər də azadlığa çıxacaq.
ANS PRESSin məlumatına görə, əfv olunanlar arasında vətəndaş cəmiyyətinin fəalı Bəşir Süleymanov, "Nida" hərəkatının fəalı Orxan Əyyubzadə, Müsavat Partiyasının üzvü Şəhla Muxtarova, fəallar Ramil Vəliyev və Anar Qasımlı da var.
Sərəncamla əfv olunanlardan ikisi Gürcüstan vətəndaşıdır.
Qeyd edək ki, bu gün Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.
Dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq Novruz bayramı qabağı əfv sərəncamı imzalayıb. Əfv ümumilikdə 101 nəfərə şamil olunacaq.
Mənbə:> ANSPRESS