İcra hakimiyyəti orqanlarının səlahiyyətlərindən biri ləğv olundu » AzNews.info -Xəbər portalı

Bölmə: Rəsmi, Sosial

İcra hakimiyyəti orqanlarının səlahiyyətlərindən biri ləğv olundu

İcra hakimiyyəti orqanlarının səlahiyyətlərindən biri ləğv olundu

Yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərindən biri ləğv edilib.

Virtualaz.org bildirir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı fərmana əsasən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Əsasnamənin 4.11.15-ci yarımbəndi ləğv edilib. Həmçinin 4.18.2-ci yarımbənddən “4.11.15-ci,” sözləri çıxarılıb. Beləliklə, Azərbaycanda yerli icra hakimiyyəti orqanları reklam fəaliyyəti ilə məşğul olmaq - küçə reklamının yerləşdirilməsinə icazə vermək səlahiyyətini itirib.

Qeyd edək ki, 2017-ci il iyunun 20-də Prezident İlham Əliyev Dövlət Reklam Agentliyinin yaradılması haqqında fərman imzalayıb.

Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi ilə bağlı qanunda nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Dövlət Reklam Agentliyi həyata keçirəcək.

Reklam Agentliyi avtomobil yollarının torpaq sahəsində, şəhər, qəsəbə, kənd və digər (“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisi istisna olmaqla) yaşayış məntəqələrində (açıq məkanda) reklam daşıyıcılarının yerləşdirilməsi, reklam daşıyıcılarında yerləşdirilən reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *