Azərbaycanı sıxışdıran Yaqlandı Danimarkada ifşa etdilər: “Putinin qarşısında diz çöküb...” » Səhifə 4 » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Azərbaycanı sıxışdıran Yaqlandı Danimarkada ifşa etdilər: “Putinin qarşısında diz çöküb...”

Azərbaycanı sıxışdıran Yaqlandı Danimarkada ifşa etdilər: “Putinin qarşısında diz çöküb...”

Avropa Şurasının baş katibi, son vaxtlar Azərbaycana qarşı təzyiqlər və kampaniya başladan Turbern Yaqland Rusiya prezidenti Vladimir Putinin qarşısında diz çökməkdə ittiham olunur. Virtualaz.org xəbər verir ki, bu barədə Norveçin “Aftenposten” qəzeti yazır.

Yaqlanda ünvanlanan sərt ittihamların səbəbi onun Rusiya nümayəndə heyətinin AŞPA-da səsvermə hüququnun geri qaytarılması üçün lobbiçilik fəaliyyətidir. Qəzetin yazdığına görə Rusiya AŞPA-da səs hüququnun qaytarılmasını tələb edir, Yaqland da daxil olmaqla AŞPA-da bir sıra qərb siyasətçiləri Moskvanın istəyinə dəstək kampaniyası başladıblar.

Ancaq Yaqlandın Rusiyanın xeyrinə lobbiçilik fəaliyyəti Danimarkanın AŞPA-dakı nümayəndə heyəti də daxil olmaqla bir çox skandinaviyalı siyasətçilər tərəfindən kəskin tənqid olunur. Danimarka nümayəndə heyətinin göndərdiyi məktubda deyilir ki, Yaqland Avropa Şurasının demokratik prinsiplərini pozur, Rusiyanın sanksiyaların tətbiqinə gətirib çıxarmış səbəblərin heç birini aradan qaldırmadığı halda bu ölkənin səs hüququnun qaytarılmasına çağırır. Bura Krımın ilhaqına son qoyulması və Donbassda separatçılara dəstəyin dayandırılması da daxildir.

Azərbaycanı sıxışdıran Yaqlandı Danimarkada ifşa etdilər: “Putinin qarşısında diz çöküb...”


“Yaqland Putinin qarşısında diz çöüb. Bu, Putinin böyük təbliğati qələbəsi olacaq”-Danimarka parlamentində hakim partiyanın təmsilçisi və AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Mikael Astrup Yensen bildirir.

Rusiya bu ilin iyun ayında Avropa Şurasına üzvlük haqqını ödəməkdən imtina edib və bunu səs hüququnun alınmasına cavab adlandırıb. “Rusiya reketçiliklə məşğuldur, Yaqland isə buna imkan yaradır. Bu təhlükəlidir. Onun tərəfindən belə siqnal göndərilib ki, Rusiya böyük regional derjava olduğu üçün istədiyini edə bilər və ona görə də daha heç kim Krımın taleyindən narahat deyil”-Yensen deyir.

Azərbaycanı sıxışdıran Yaqlandı Danimarkada ifşa etdilər: “Putinin qarşısında diz çöküb...”


Yaqlandın mətbuat katibi Daniel Holtgen isə deyir ki, baş katib Rusiya ilə münaqişəni Avropa Şurasına daxil olan bütün ölkələrlə dialoq yolu ilə həll etməyə çalışır. O cümldən Fransa prezidenti, Danimarka və Almaniya hökumətləri ilə danışıqlarla. “Yaqland dəqiq göstərir ki, onun Rusiyanı Avropa Şurasında saxlamaq cəhdləri bu ölkənin öhdəliklərini yerinə yetirməyə və üzvlük haqqı ödəməyə borclu olduğuna əsaslanır. Əksini iddia edənlər düz demirlər və təbliğatla məşğuldurlar”-mətbuat katibi bildirib.

Xatırladaq ki, Yaqlandın təşəbbüsü ilə Azərbaycana qarşı Avropa Şurası tərəfindən xüsusi prosedur başladılıb. Avropa Şurası bunu zərbaycanın REAL hərəkatının lideri İlqar Məmmədov barədə AİHM qərarını “yerinə yetirməkdən imtinası” ilə əsaslandırır. Virtualaz.org bundan əvvəl Yaqlandın Rusiya ilə şübhəli əlaqələri barədə araşdırma dərc etmişdi.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər



















Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *