Obama transseksualı Ağ Evdən qovdu » AzNews.info -Xəbər portalı

Obama transseksualı Ağ Evdən qovdu – VİDEO

Obama transseksualı Ağ Evdən qovdu


ABŞ prezidenti Barak Obama Ağ Evdə lesbian - homoseksual - biseksual - transseksual (LHBT) icmasını qəbul edərkən transseksualı Ağ Evdən qovmağa məcbur olub.

ANS PRESS-in məlumatına görə, qalmaqal görüşün əvvəlində başlayıb. Obama danışmağa başlayarkən transseksual anlaşılmaz sözlər qışqırmağa başlayıb.

Obama əvvəlcə onu təmkinlə sakitliyə dəvət edib, xatırladıb ki, “qonaq getdiyin yerdə” özünü bu cür aparmaq olmaz. Bu, kömək olmayıb. Onda prezident bildirib ki, qışqıran adamı zaldan çıxcaracaqlar.

"Siz ya özünüzü sakit aparacaqsınız, ya da sizi buradan çıxarmalı olacam… Yaxşı, çıxarın onu", - deyə Obama mühafizəyə tapşırıb.

Transseksual isə qışqırmağa başlayıb: "…deportasiya ola bilməz!".

Sonra prezident dediklərini şərh edib: "Adətən mən zalda bir neçə bu cür çığır-bağırçı olanda özümü normal hiss edirəm. Amma öz evimdə buna yol verə bilmərəm".


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *