Nazarbayevdən dünyaya mesaj: "Rusiya ilə hesablaşmaq lazımdır" » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Nazarbayevdən dünyaya mesaj: "Rusiya ilə hesablaşmaq lazımdır"

Nazarbayevdən dünyaya mesaj: "Rusiya ilə hesablaşmaq lazımdır"


Dünyanın siyasi proseslərində Rusiyanın rolu əvəzedilməzdir və dünya bunu anlamalıdır. Oxu.az RİA Novosti-yə istinadən bildirir ki, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib.

“Rusiya bütün dünyaya dünyada yeri olmasını, bu yeri tutmalı olduğunu və Rusiya ilə hesablaşmağın lazım olduğunu deyir. Bu, real olaraq normaldır və burada fövqəl heç bir şey yoxdur, dünya bunu anlamalıdır”, - Qazaxıstan prezidenti “Rossiya 24” telekanalına verdiyi müsahibəsində bildirib.

Digər tərəfdən isə qazaxıstanlı lider davam edib ki, Rusiya dünya dövləti kimi nəhəng dövlət adına müvafiq olmalıdır.

“Ölkə neft və qaz ehtiyatlarının zənginliyinə görə nəhəng dövlət olmur, dünya işlərində, mövcud problemlərin həllində, bütün dünyada sülhün bərqərar olmasında iştirakı ilə böyük dövlət olur. Bax, burada Rusiyanın rolu əvəzedilməzdir və dünya bunu anlamalıdır”, - Nazarbayev vurğulayıb.

Moskvaya qarşı Qərb ölkələrinin sanksiyaları ilə bağlı vəziyyətdən danışarkən Qazaxıstan rəhbəri qeyd edib: “Rusiya bundan da çətin vəziyyətlərdən çıxıb. Rusiya böyük resursları olan nəhəng ölkədir. Bu vəziyyətdən də çıxacaq”.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *