“Mərc gələrəm ki, bu il İranla müharibə olacaq”
“2019-cu ildə ABŞ və İran arasında müharibə olacaq”.
Bunu MSNBC telekanalına müsahibəsində ABŞ Xarici Əlaqələr Şurasının başçısı Riçard Haass deyib.
O, 2019-cu ildə baş verə biləcək müharibələrdən danışıb və il ərzində ABŞ və İran arasında silahlı qarşıdurmanı istisna etməyib: “2019-cu ildə təhlükəli müharibənin Şimali Korya ilə başlayacağı iddiası üzərinə sizinlə mərc gələrəm, bu müharibə Cənubi Çin dənizində də olmayacaq. Putinin Ukraynada nə edəcəyi barədə ehtimalımız yoxdur. Lakin belə bir müharibənin İranla olacağı iddiası üzərindən sizinlə mərc gələ bilərəm. Bu, təhlükəli müharibə olacaq”.
Mənbə:> Virtualaz.org