“Eynulla, o ki qaldı sizin kölgə iqtisadiyyatı haqda sualınıza...” » AzNews.info -Xəbər portalı

“Eynulla, o ki qaldı sizin kölgə iqtisadiyyatı haqda sualınıza...”

“Eynulla, o ki qaldı sizin kölgə iqtisadiyyatı haqda sualınıza...”

Yerli KİV-lərin rəhbərləri ilə görüşdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycana mobil telefonların qanunsuz idxalı və elektron ticarət məsələlərinə toxunub. Onun sözlərinə görə, elektron ticarət altında gizlənərək, ölkəyə saxta mallar gətirməyə çalışırlar.

“Ölkəyə mal idxalı ilə məşğul olan “Camex” şirkəti cinayət məsuliyyətinə cəlb edilib, dörd gömrük işçisi barəsində cinayət işləri başlanıb.

Bu beynəlxalq şirkətlər oyun oynayırlar. Elektron ticarət sivil ticarətdir və onu qanuna müvafiq şəkildə aparmaq lazımdır. Vergi və rüsum ödənişindən yayınmaq olmaz”.

Onun sözlərinə görə, bu halların qarşısının alınması məqsədilə bütün xidmətlər hava limanında cəmləşib.

“Əvvəllər 1-2 min manat vergi toplayırdıqsa, hazırda bu göstərici gündəlik 20-30 min manatdır. Beləliklə, biz vergi yığımını 30 dəfə yüksəltmişik. Eynulla Fətullayev, o ki qaldı sizin kölgə iqtisadiyyatı haqda sualınıza, ölkəmizə hələ də saxta mallar gətirməyə cəhdlər edilir.

Bu gün mağaza sahibləri bizə minnnətdarlıqlarını bildirirlər ki, əvvəllər onlar “Brioni” və “Tiffany” kimi brendlərin mallarını sata bilmirdilər. Elektron ticarət vasitəsilə ölkəmizə məşhur brendlərin adı altında saxta mallar gətirilirdi.

Buna görə də, 1000 dollara qədər malın gətirilməsinə icazə verilir. Qanun varsa, ona əməl olunmalıdır. Hər kəs 1000 dollarlıq mal ala bilər. Əgər 1001 dollarlıq mal alırsınızsa, vergi ödəməlisiniz”,
- o bildirib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *