lham Əliyev sərhəd qoşunlarını Ermənistanla təmas xəttinə yeritdi » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Hərbi

lham Əliyev sərhəd qoşunlarını Ermənistanla təmas xəttinə yeritdi

lham Əliyev sərhəd qoşunlarını Ermənistanla təmas xəttinə yeritdi

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyev Ermənistanla sərhədin Qazax və Ağstafa rayonları istiqamətindən keçən hissəsindəki döyüş postlarına sərhəd qoşunlarının bölmələrinin yerləşdirilməsini əmr edib. Və bu əmr icra olunmaqdadır.

Virtualaz.org xəbər verir ki, bu sensasion məlumat Dövlət Sərhəd Xidmətinin 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində səslənib. Müşavirədə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, Ali baş komandanın bu göstərişi son illərdə sərhəd qoşunlarının döyüş potensialının yüksəlməsinin nəticəsidir.

Beləliklə, Ermənistanla hərbi münaqişə dövründə ilk dəfə sərhədin, eyni zamanda təmas xəttinin bir hissəsinə Azərbaycanın sərhəd qoşunları nəzarət edəcək. Başqa sözlə, Azərbaycanın sərhəd qoşunları İran və Rusiya ilə sərhədlərə nəzarət etməklə yanaşı Ermənistanla dövlət sərhədinin strateji əhəmiyyət kəsb edən hissəsində artıq səngərdə düşmənə qarşı dayanmış güclü döyüş qabiliyyətli qoşun növüdür.

lham Əliyev sərhəd qoşunlarını Ermənistanla təmas xəttinə yeritdi


General-polkovnik Elçin Quliyev müşavirədə qeyd edib ki, Ermənistanla dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki döyüş postlarının və müvafiq hərbi obyektlərin Dövlət Sərhəd Xidməti tərəfindən təhvil alınması tapşırığı Azərbaycan sərhədçisinə ciddi etimadın ifadəsidir. Və Azərbaycanın dövlət sərhədinin tam mühafizə altına götürülmə­sinin əsasını qo­yan bu tapşırıq Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən şərəflə icra olunur. Sərhədçilər üçün bu ərazilər həm sərhəd, həm də səngərdir. Hazırda həmin ərazilərdə xidməti-döyüş fəaliyyəti Döv­lət Sər­həd Xid­mə­tinin Sərhəd Qoşunları tərəfindən təşkil olunub. Eyni zamanda göstərilən istiqa­mət­də dövlət sərhədinin mühafizəsi sisteminin ya­ra­dıl­ması məqsədilə ardıcıl və dina­mik işlərin həyata keçirilməkdədir.

Elçin Quliyev Ali Baş Komandanın bu qəra­rının Müdafiə Na­zir­liyinin hərbi hissə və bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə, yeni eh­tiyat qüvvələrinin yaradılmasına, şəxsi heyətin döyüş hazırlığının güclən­dirilməsinə yönəldiyini əlavə edib.

Qeyd edək ki, son illərdə Azərbaycanın hərbi potensialının gücləndirilməsinə yönəlmiş sistemli tədbirlər təkcə nizami ordunu deyil, sərhəd qoşunlarını da əhatə edib. Azərbaycanın sərhəd qoşunları intensiv surətdə ən müasir silah və hərbi texnika ilə silahlanır. Təsadüfi deyil ki, Azərbaycanın Rusiyadan aldığı Mi-35 döyüş vertolyotlarının əsas hissəsi məhz sərhəd qoşunlarının silahlanmasına daxil edilib. Habelə İsraildən alınan “Spike” tank əleyhinə raketlərin bəzi modifikasiyaları sərhəd qoşunlarının vertolyotlarında və gəmilərində quraşdırılıb. Tam əminliklə demək olar ki, Azərbaycan hazırda regionda ən yaxşı silahlanmış və ən güclü döyüş qabiliyyətili sərhəd qoşunlarına malik ölkədir.

lham Əliyev sərhəd qoşunlarını Ermənistanla təmas xəttinə yeritdi


Müşavirədə il ərzində Dövlət Sərhəd Xidmətinin xidməti-döyüş fəaliyyətinə dair görülmüş işlər, həyata keçirilmiş tədbirlər barədə də danışılıb. Belə ki, aprelin 30-da prezident İlham Əliyev DSX Sahil Mühafizəsinin “Gəmi inşası zavodu”nda inşası yekunlaşmış 5-ci “Tufan” tipli sərhəd gözətçi gəmiləri ilə tanış olub. Həmin mərasimdə bu tipli daha 1 gəminin təmə­lini qoyub. Habelə dəniz sərhəd­lərinin mühafizəsi və neft-qaz infrastrukturunun mühafizəsi üzrə mühüm tapşı­rıqlar verib.

Mayın 16-da isə prezident Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Naxçıvan” əlahiddə sərhəd diviziyasının 13-cü sərhəd zastavasında sərhəd­çilərlə görüşüb. Sərhədçi­lərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə əlavə vəsaitlərin ayrılması haqda qərarlar verib. O cümlədə DTX əməkdaşlarına ali hərbi rütbələr, fəxri adlar, ordenlər verib.

Ötən il sərhəd mühafizəsi sahəsində baş vermiş mühüm hadisələrdən biri də müs­təqillik illərində ilk dəfə olaraq, Azərbaycan-Rusiya dövlət sərhə­dində ilk sərhəd nişanının təməli qoyulması, demarkasiya işlərinin başlanmasıdır. Qeyd olunub ki, indiyədək Rusiya ilə sərhəddə 78 sərhəd nişanı quraşdırılıb.

lham Əliyev sərhəd qoşunlarını Ermənistanla təmas xəttinə yeritdi


Xəzərin statusuna dair Konvensiyanın imzalanması isə Azərbaycanın dəniz sərhədlərinin müha­fizəsi üzrə xidmət-döyüş fəaliyyətinin yeni mərhələsini başladıb. Habelə il ərzində DSX xüsusi məktəbinin yeni inşa olunmuş korpusunun açılış mərasimində Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əli­yeva iştirak edib. Bu korpusun istifadəyə verilməsi ilə məktəb kursant­larının sayının 3 dəfəyədək artırılması şəraiti yaradılıb.

O cümlədən Azərbaycanın müstəqilliyinin və Bakı şəhərinin erməni-daşnak ha­kimiyyətindən azad edilməsinin 100 illiyinə həsr olunmuş paradlarda Dövlət Sərhəd Xidmə­tinin şəxsi heyəti, döyüş texnikası və sərhəd gözətçi gəmiləri qürur və şərəflə iştirak edib. Bu hərbi paradlar Azərbaycan silahlı qüvvələrinin, o cümlədən onun tərkib hissəsi olan sərhəd qoşunlarının imkanlarını, nə dərəcədə yaxşı silahlandığını bir daha nümayiş etdirmişdi.

DSX il ərzində Azərbaycanın Rusiya və İranla dövlət sərhədlərinin qorunmasını da yüksək səviyyədə həyata keçirib. Müşavirədə qeyd olunub ki, il ərzində Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 19 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 3 nəfər müəyyən edilib.

lham Əliyev sərhəd qoşunlarını Ermənistanla təmas xəttinə yeritdi


Habelə xarici münaqişə zonalarında döyüşmüş 8 nəfərin şəxsiyyəti müəyyən olunub, onlardan 5 nəfər Azərbaycan vətəndaşı saxla­nılıb, qanunsuz miq­rasiya ilə məşğul olan 9 qrup, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 mütəşəkkil cinayətkar dəstə zərər­sizləşdirilib.

O cümlədən dövlət sərhədini pozduqlarına görə 574 nəfər, sərhədboyu rejim qaydalarını pozduqlarına görə 12 min 701 nəfər, axtarışda olan 5561 nəfər saxlanıl­ıb. 38 milyon 279,8 min manat dəyərində qaçaqmalın, 1 ton 215 kiloqram 325 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alın­ıb.

İl ərzində geniş miqyaslı döyüş atışlı taktiki dəniz sərhəd təlimləri keçiril­ib, gəmi silah­larının gecə və gündüz şəraitində atışları zamanı bütün təlim tapşırıqları yük­sək səviyyədə icra olunub, şəxsi heyət tərəfiindən böyük döyüş məha­rəti nümayiş etdirilib.

Bir sözlə, Azərbaycanın dövlət sərhədləri sərhədçilərimizin peşəkarlığının ildən-ilə artırılması, müasir texnika və avadanlıqlarla təchiz edilməsi sayəsində getdikdə daha etibarlı şəkildə qorunur. Sərhəd qoşunlarının Ermənistanla sərhədə, ön xəttə yeridilməsi isə şübhəsiz ki, xüsusi əhəmiyyət daşıyan hadisədir. Bu, Azərbaycanın sərhəd qoşunlarının ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda gələcək döyüşlərdə də ön xətdə olacağını nümayiş etdirir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *