Rusiyanın Xəzər armadası Həştərxandan Mahaçqalaya doğru hərəkətə başladı » AzNews.info -Xəbər portalı

Rusiyanın Xəzər armadası Həştərxandan Mahaçqalaya doğru hərəkətə başladı

Rusiyanın Xəzər armadası Həştərxandan Mahaçqalaya doğru hərəkətə başladı

Rusiyanın Xəzər donanmasının bazasının Həştərxandan Dağıstanın Kaspiysk şəhərinə köçürülməsi prosesi başlayıb. Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, dekabrın əvvəllərində donanmanın 21 gəmisi Mahaçqala yaxınlığındakı yeni bazaya gedib. Bununla da donanmanın gəmilərinin və şəxsi heyətinin yeni bazaya köçürülməsinin final mərhələsi başlayıb.

Xatırladaq ki, Rusiya Xəzər donanmasının Kaspiyskə köçürülməsini daha yaxşı əməliyyat imkanları və coğrafi üstünlüklərin olması ilə izah edib. Donanmanın köçürülməsi barədə ideya 2011-ci ildə meydana çıxsa da Rusiya Müdafiə Nazirliyi ilk dəfə 2017-ci ildə bu haqda elan edib.

Rusiyanın Xəzər armadası Həştərxandan Mahaçqalaya doğru hərəkətə başladı


Hərbçilər hesab edir ki, donanmanın gəmilərinin Həştərxandan dənizə çıxması çox vaxt aparır, Xəzərin bu hissəsində suyun dərinliyi azdır, habelə alimlərin proqnozlarına görə dənizin şimal hissəsində suyun səviyyəsi daha da azalacaq. Nəticədə iri gəmilərin Həştərxan rayonunda üzməsi mümkün olmaya bilər.

Kaspiyskdə donanma üçün yeni bazanın tikilməsi sürətlə həyata keçirilib, bu işlərə 4 milyard dollar xərclənib. Dekabrın əvvəllərində elan edilib ki, Mahaçqala yaxınlığında donanmanın bazası üçün zəruri infrastruktur hazırdır.

Rusiyanın Xəzər armadası Həştərxandan Mahaçqalaya doğru hərəkətə başladı


Xəzər donanması ilə yanaşı Rusiya Cənub hərbi dairəsinin Su-30SM qırıcıları ilə təchiz edilmiş aviapolku da Rostov vilayətindən Kaspiyskə köçürülür. Köçürmə prosesi tezliklə başlayacaq. Beləliklə, Rusiya Dağıstan sahillərində güclü donanma ilə yanaşı aviapolka da malik olacaq.

Rusiyanın Xəzər donanması öz gücünə görə hətta Baltik donanmasını geridə qoyur. Rusiyanın Xəzərdə bu cür armada cəmləşdirməsi regionundakı geosiyasi proseslər və Moskvanın bu regiona nə dərəcədə böyük əhəmiyyət verdiyini göstərir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *