Polislər Qurana and içdilər ki, rüşvət götürməyəcəklər...
Özbəkistanın Daşkənd vilayəti hüquq-mühafizə orqanlarının əməkdaşları müqəddəs Qurana and içiblər ki, "rüşvət götürməyəcəklər" və "pul qoparma ilə” məşğul olmayacaqlar.
Virtualaz.org bildirir ki, xəbəri "Azadlıq" radiosunun özbək redaksiyası yayıb.
Şəkil, hansında ki, Yukoriçirçiksk rayonu polis əməkdaşlarının "andiçmə" mərasimi əks olunub, sosial şəbəkələrin özbək seqmentində yayılıb.
Məlum səbəblərdən adının açıqlanmasını istəməyən əməkdaşlardan birinin sözlərinə görə polislərin “andiçmə” mərasimi rayonun baş imamının iştirakı ilə keçirilib.
Adı çəkilən rayonun polis şöbəsinin növbətçi inspektoru “andiçmə” mərasimi ilə bağlı redaksiyanın suallarına cavab verməyib və məsləhət görüb ki, yuxarı instansiyalara müraciət etsinlər.
Özbəkistanın Daxili İşlər Nazirliyinin əməkdaşı isə "Azadlıq" radiosuna bildirib ki, hüquq-mühafizə orqanları əməkdaşlarının and mərasimi korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramı çərçivəsində, Özbəkistan prezidentinin müvafiq sərəncamının icrasının təminatı məqsədilə həyata keçirilir.
Mənbə:> Virtualaz.org