ABŞ-ın Beşinci donanmasının komandanı müəmmalı şəkildə öldü
ABŞ Hərbi Dəniz Qüvvələrinin İran və Suriya da daxil olmaqla geni Fars körfəzi regionundakı əməliyyatlara cavabdeh olan Beşinci donanmasının komandanı Bəhryndəki iqamətgahında ölü tapılıb. Virtualaz.org xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin hərbi-dəniz əməliyyatlarının rəhbəri Con Riçardson bəyan edib.
“Komanda, bu gün mənim kədərli vəzifəm bundan ibarətdir ki, sizə Beşinci donanmanın komandanı, vitse-admiral Skott Stirininin ölümü barədə məlumat verim. O, bu gün Bəhreyndə ölü tapılıb”-Riçardson bildirib.
Beşinci donanmanın mətbuat xidmətindən bildiriblər ki, admiralın ölümünün səbəbi hələ məlum deyil. Hazırda HDQ-nin və Bəhreyn Daxili İşlər Nazirliyinin təhqiqatçıları müvafiq tədbirlər həyata keçirirlər. Bununla belə qeyd olunur ki, hazırda komandanın qəsdən öldürüldüyünü deməyə əsas verən səbəb yoxdur. İlkin versiyalar bundan ibarətdir ki, vitse-admiral Stirini “təbii səbəblərdən” ölüb.
Skott Stirinin ölümündən sonra onun səlahiyyətləri müavini, kontr-admiral Pol Şilzə həvalə edilib.
Beşinci donanma Fars körfəzi və Hind okenanının bir hissəsinə cavabdehdir, qərargahı və əsas bazası Bəhreyndə yerləşir. Bu donanma İraqa qarşı hərbi kampaniyalarda, habelə “Əl-Qaidə” və İŞİD-ə qarşı əməliyyatlarda əsas rol oynayıb. Donanmanın tərkibinə ABŞ Hərbi Dəniz Qüvvələrinin Atlantik və Sakit okean donanmalarının gəmiləri daxildir. Sərəncamında təyyarədaşıyan gəmilər, yüzlərlə müxtəlif tipli döyüş təyyarələri və vertolyotları, xüsusi təyinatlı qüvvələr də dəniz piyadaları var.
Mənbə:> Virtualaz.org