Ağalarov Putinə nə haqda danışdı... » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Ağalarov Putinə nə haqda danışdı...

Ağalarov Putinə nə haqda danışdı...

“Crocus Group”un rəhbəri Araz Ağalarov Rusiya prezidenti Vladimir Putinə bir sıra layihələrin yerinə yetirilməsindən, o cümlədən Moskva vilayətində müflisləşmiş “Urban Group” tikinti şirkətinin yaşayış komplekslərinin tikilməsindən danışıb. Layihələrin təqdimatı yerləşdirilmiş stendi sahibkar dövlət başçısına “Crocus Expo” sərgi mərkəzində keçirilən Ümumrusiya Xalq Cəbhəsinin qurultayı çərçivəsində nümayiş etdirib.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Ağalarovun Putinə bildirdiyinə görə, 220 min kvadrat metrlik yaşayış binaları kompleksi bu ilin sonunda istifadəyə veriləcək, müflisləşmiş tikinti şirkətinin yarımçıq qoyduğu və hələ başlamadığı layihələri (burada 18 min payçı var) isə 2020-ci ilin sonuna kimi müxtəlif vaxtlarda təhvil veriləcək.

Həmçinin Ağalarov Putinə Mərkəzi Dairəvi avtomobil yolunun tikintisinin, Qırğızıstanla sərhəddə buraxılış məntəqələrinin, dəmiryol və hava limanı komplekslərinin və “Crocus Group”un digər obyektlərinin qurulmasının gedişi barədə məlumat verib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *