İlham Əliyev Azərbaycanın İsveç, Norveç və Finlandiyadakı səfirini geri çağırdı
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Adış Sakit oğlu Məmmədovun geri çağırılması haqqında sərəncam imzalayıb.
Sənəddə deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın”.
Xatırladaq ki, daha öncə virtualaz.org Norveç XİN-dəki mənbəyə istinadən bu ölkənin Bakıdakı səfirliyinin bağlanması və səfirliyin Tbilisiyə köçürülməsi barədə xəbər vermişdi.
Qeyd edək ki, Azərbaycanın Stokholmdakı səfiri eyni zamanda Norveç və Finlandiyada da ölkəmizi təmsil edir.
Mənbə:> Virtualaz.org