Eldar Mahmudovun oğlunun Londondakı şirkəti Britaniya xüsusi xidmət orqanlarının hədəfində » AzNews.info -Xəbər portalı

Eldar Mahmudovun oğlunun Londondakı şirkəti Britaniya xüsusi xidmət orqanlarının hədəfində

Eldar Mahmudovun oğlunun Londondakı şirkəti Britaniya xüsusi xidmət orqanlarının hədəfində

Azərbaycanın korrupsiyaya ən çox bulaşmış məmurlarından biri, mütəşəkkil cinayətkar qruplaşmanın başçısı, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov, hansı ki, həm də Azərbaycan Beynəlxalq Bankının həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin kürəkənidir, Böyük Britaniyada MEA Capital Limited adlı maliyyə şirkəti açıb.

Virtualaz.org bildirir ki, bu barədə Britaniya mənbələri məlumat yayıblar.

Məlumata görə, Anar Mahmudovun şirkəti Londonda bu ilin 11 oktyabrında qeydə alınıb və ona 11618237 nömrəli müvafiq sertifikat verilib. Şirkətin adındakı MEA abreviaturası simvoliki məna daşıyır və korrupsiyaçı qəbilənin liderlərinin inisiallarlarını əks etdirir – Mahmudov Eldar və Anar. Pul vəsaitləri, hansı ki, Eldar Mahmudovun əlinin altında olan paqonlu quldurlar tərəfindən Azərbaycan biznesmenlərindən zor və şantajla qoparılıb, əsasən bu şirkətdə cəmləşib.

Britaniya mənbələrinin xəbərinə görə, MEA Capital Limited şirkətinin yaradılması üçün Anar Mahmudovun qayınatası Cahangir Hacıyevin rəhbəri olduğu və soyub-taladığı Azərbaycan Beynəlxalq Bankının vəsaitlərindən də istifadə olunub.

Anar Mahmudovun şirkəti Londonun dəbdəbəli rayonunda, Temza sahillərindəki mülklərdən birində qeydiyyata götürülüb.

Yeri gəlmişkən, virtualaz.org Anar Mahmudovun Londondakı 40 milyon funt dəyəri olan böyük mülkü haqda təfərrüatı ilə hələ ötən il yazmışdı.

Eldar Mahmudovun oğlunun Londondakı şirkəti Britaniya xüsusi xidmət orqanlarının hədəfində


Xatırladaq ki, Anar Mahmudovun qayınanası Zamirə Hacıyev Britaniya polisi tərəfindən böyük məblğdə pulların yuyulması və mənimsənməsi ittihamı üzrə saxlanmışdı. Hazırda Z.Hacıyeva 500 min funt sterlinq girov müqabilində azadlığa buraxılıb..

Onu da qeyd edək ki, Azərbaycana ekstradisiya məsələsinə baxılana - gələn ilin iyun ayına qədər Zamirə Hacıyeva ev dustaqlığında olacaq. O, elektron bilərzik taxmalı, axşam və gecə saatlarında evini tərk etməməli, eyni zamanda hər gün polis məntəqəsində qeydiyyatdan keçməlidir. Həmçinin onun M25 trasının hüdudlarını tərk etməyə ixtiyarı yoxdur. Bundan əlavə, Z.Hacıyevanın pasportu polisdə saxlanılacaq.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *