Ermənistanın müdafiə naziri Mədət Quliyevə cavab verir » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hərbi

Ermənistanın müdafiə naziri Mədət Quliyevə cavab verir

Ermənistanın müdafiə naziri Mədət Quliyevə cavab verir

Ermənistanla Azərbaycan arasında əsirlərin mübadiləsi üzrə komissiya tezliklə öz işini bərpa edəcək. Virtualaz.org “aysor.am” erməni nəşrinə istinadən xəbər verir ki, bunu jurnalistlərə Ermənistan müdafiə nazirinin vəzifələrini icra edən David Tonoyan deyib. Bu mərhələdə komissiyanın işinə nazir özü rəhbərlik edəcək.

Azərbaycan tərəfindən əsirlərin dəyişdirilməsi haqqında sorğunun daxil olub-olmaması barədə sualı D.Tonoyan belə cavablandırıb: “Xeyr. Bu cür rəsmi təklif olmayıb. Bu barədə KİV-də oxumuşam”.

Ermənistanın müdafiə naziri Mədət Quliyevə cavab verir

David Tonoyan


Qeyd edək ki, hazırda Ermənistan üç günahsız azərbaycanlı girovu əlində saxlamaqdadır – bunlar Şahbaz Quliyev, Dilqəm Əsgərov və Elnur Hüseynzadədir.

Azərbaycanlı girovların taleyindən danışarkən erməni nazir deyib ki, Ermənistan onlara əsir kimi baxmır.

Daha öncə xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri, Azərbaycanın Hərbi Əsirlər, Girovlar və İtkin Düşmüş Vətəndaşların İşləri üzrə Dövlət Komissiyasının sədri, general-polkovnik Mədət Quliyev komissiyanın iclasında bildirmişdi ki, Ermənistan hakimiyyəti Azərbaycanın Qarabağ münaqişəsi tərəflərinin əlində olan və Beynəlxalq Qırmızı Xaç Komitəsində qeydiyyatdan keçmiş hərbi əsirlərin və girovların “hamının hamıya” prinsipi üzrə dəyişdirilməsi barədə təklifinə cavab vermir.

Ermənistanın müdafiə naziri Mədət Quliyevə cavab verir

Mədət Quliyev


M.Quliyev qeyd etmişdi ki, Ermənistan Azərbaycan tərəfinin Qarabağ münaqişəsinin gedişində bütün saxlanılanların yaxın zamanda qaytarılmasının zəruriliyi barədə humanist təklifini də cavabsız qoyub. Bununla da, Ermənistan rəhbərliyi beynəlxalq humanitar hüquqa və müharibə qurbanlarının taleyinə tam biganəliyini nümayiş etdirib.

Eyni zamanda, Qarabağdakı işğalçı rejimin rəhbərinin mətbuat katibi David Babayan bildirib ki, işğalçı rejimin administrasiyası da əsirlərin və saxlanılanların “hamının hamıya” prinsipi üzrə dəyişdirilməsi barədə təklif almayıb.

“Əgər söhbət Quliyevdən və Əsgərovdan gedirsə, onlar cinayətkar və qatildirlər, Azərbaycan tərəfində olan insanlar isə günahsız mülki şəxslərdir və Azərbaycan beynəlxalq normalara uyğun olaraq, onları azad etməlidir. Buna eyni müstəvidə baxmaq olmaz”, - David Babayan deyib.

Hazırda Azərbaycanda cəbhə xəttində saxlanılmış üç erməni diversantı var – bunlar Arsen Baqdasaryan, Karen Kazaryan və Zaven Karapetyandır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *