“Birdən kral inciyər və nefti bahalaşdırar...” » AzNews.info -Xəbər portalı

“Birdən kral inciyər və nefti bahalaşdırar...”

“Birdən kral inciyər və nefti bahalaşdırar...”

“Washington Post”un yazarı olan ABŞ rezidenti Camal Xaşoginin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda həyasızcasına qətli Birləşmiş Ştatlar siyasətində nadir reaksiyanı – hər iki partiyanın konsensusunu ortaya qoyub. Həm respublikaçılar, həm də demokratlar Səudiyyə Ərəbistanını İstanbuldakı bu əməliyyata görə pisləyir, hakimiyyəti Səudiyyəyə sanksiya tətbiq etməyə çağırırlar.

“Foreign Affairs” dərgisində dərc edilmiş məqalədə deyilir ki, Trump administrasiyası isə indiyədək təmkinli reaksiya sərgiləyib, vəliəhd şahzadə Məhəmməd bin Salmanın baş verənlərə görə cavab verəcəyini elə də hiss elətdirməyib.

Administrasiya rəsmiləri guya krallığa hədsiz təzyiq göstərilməsindən narahatdırlar, burada neft bazarının pozulmasının önlənməsində Səudiyyənin köməyindən məhrum olmaqdan” çəkinirlər. Axı, Tramp administrasiyası noyabrın 5-dən İrandan azalacaq neft təchizatını Səudiyyənin kompensasiya edəcəyinə bel bağlayır.

“Birdən kral inciyər və nefti bahalaşdırar...”


Məlumatlara görə, ABŞ rəsmiləri ehtiyatlanırlar ki, Səuydiyyə inciyər və neft hasilatını artırmaqdan imtina edər. Nəticədə neft kəskin bahalaşar.

“Səudiyyə Ərəbistanının ‘neft silahı’na əl atması Birləşmiş Ştatlar və qlobal iqtisadiyyatlara qısamüddətli ziyan vura bilər, amma orta və uzun müddətə Səudiyyənin öz iqtisadiyyatına daha çox mənfi təsir göstərər. Bunun səbəbi heç də ABŞ-ın enerji müstəqilliyi əldə etməsi deyil. Səudiyyənin qlobal neft bazarına təsiri davamlı şəkildə düşməkdədir. Neftin daha da bahalanması bahalı enerji istehsalçılarının üzünə əlverişli bazar açacaq, daha çox yanacaq istehsal edəcəklər. Sonucda həm neftin qiyməti düşəcək, həm də Səudiyyənin bazardakı payı ələ keçiriləcək. Yəni, Səudiyyə Ərəbistanı indikinə yaxın qiymətə neft satacaq, gəliri azalacaq. Krallığın gəlirləri onsuz da azalıb, hökumət bəzi xidmətləri, gənclərə müavinətləri azaltmalı olub”, – məqalədə deyilir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *