Dilçilik İnstitutu səlis danışan məmurların adlarını » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Sosial

Dilçilik İnstitutu səlis danışan məmurların adlarını

Dilçilik İnstitutu səlis danışan məmurların adlarını


Bir neçə gündür ki, İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin 7-ci üçtərəfli görüşü zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ana dilində çıxış edərkən rabitəsiz ifadələr işlətməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

"Hansı məmurlarımız ana dilimizdə səlis danışmağı bacarır?" s
ualı ilə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinə müraciət etdik.

Monitorinq Şöbəsinin müdiri Sevinc Əliyeva Unikal.org-a açıqlamasında Azərbaycan dilində ən səlis danışan və natiqlik bacarığı olan məmurların adlarını açıqlayıb:

"Baş nazir Novruz Məmmədov dilimizdə çox gözəl danışır.
O, filoloqdur, ona görə də Novruz Məmmədov fikirlərini aydın və səlis formada ifadə edə bilir.

Azərbaycan Prezidentinin icitimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov öz çıxışlarında dövlət dilinin norma və prinsiplərinə əməl edir.
O, Azərbaycan dilində səlis danışır, onun gözəl natiqlik bacarığı var. Prezidentin köməkçisi daim KİV təmsilçilərinə dilimizin saflığının qorunması və gələcək nəsillərə çatdırlması üçün mümkün addımların atılmasının vacib olduğunu bildirir.

Daxili İşlər naziri Ramil Usubov hüquq-mühafizə orqanlarının işi ilə bağlı çıxışlarında nümunəvi nitqi ilə diqqətimizi cəlb edir. Müşahidə etmişik ki, onun nitqində cümlələr çox gözəl uzlaşır.

Baş Prokuror Zakir Qaralov da hüquqşunas kimi fikirlərini səlis ifadə edir. Onun çıxışlarında demək olar, ki, ciddi rabitəsizlik müşahidə etmirik.

Maliyyə naziri Samir Şərifovun nitqi də əsasən ədəbi dil normalarına uyğundur.


Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyevin danışığı da çox yaxşıdır.
O, çıxışlarında xarici əlaqələr barədə fikirlərini dügzün şəkildə ifadə edir. Onun kütləvi informasiya vasitələrində çıxışı dediklərimizə nümunədir.

Sevinc Əliyeva Xarici İşlər nazirinin Azərbaycan dilində danışa bilməməsinə də münasibət bildirib:

"Ən çox nitq qüsurları müşahidə olunan məmurlardan biri son vaxtlar KİV-lərdə ciddi müzakirə subyektinə çevrilən Elmar Məmmədyarovdur.

"Elmar Məmmədyarovla nitqi müqayisə olunacaq ikinci bir yüksək dərəcəli məmur yoxdur. Elmar müəllimin nitqində rabitəsizlik və uyğunsuzluq kifayət qədər çoxdur. Hərdən elə düşünülə bilər ki, bu montajdır. Hamı deyir ki, ana dilimizdə belə danışmaq mümkünsüzdür".


S.Əliyeva sonda qeyd edib ki, dilçi mütəxəssislərinin arzusu budur ki, hər bir Azərbaycan vətəndaşı öz ana dilinə böyük hörmətlə yanaşıb, kimliyindən və tutduğu vəzifəsindən aslı olmayaraq öz fikirlərini səlis şəkildə ifadə etməyi bacarsın.

Mənbə: Yeniçağ.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *