Hacıbala Abutalıbov DYP rəisinə: Dayandırın pul yığmaqları!" » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial, Video

Hacıbala Abutalıbov DYP rəisinə: Dayandırın pul yığmaqları!" YOL AÇILDI– VİDEO

Hacıbala Abutalıbov DYP rəisinə: Dayandırın pul yığmaqları!"


Baş nazirin müavini Hacıbala Abutalıbov şəxsən özü şəxsi yük maşınlarının sürücülərinin müdafiəsinə qalxdı


Xəbər verdiyimiz kimi, paytaxtda daxil olan yük avtomobillərinin sürücüləri cərimələndikləri üçün Nazirlər Kabinetinin qarşısında etiraz ediblər. Baş nazirin müavini Hacıbala Abutalıbov aksiyaçılarla görüşərək, problemi həll edəcəyinə söz verib.

Şəxsi maşınlarıyla yük daşıyan sürücülər cərimələrə görə etiraz edirlər. Onlar deyirlər ki, oktyabrın 26-dan etibarən Bakının mərkəzi ünvanlarına daxil olanda radara düşürlər və nəticədə 40 manat cərimələnirlər. Baş nazirin müavini Hacıbala Abutalıbov aksiyaçılarla görüşərək, problemi həll etməyə çalışıb, yüksək vəzifəli məmurlara zəng edərək qanunsuzluğa sən qoymağa çağırıb.
" Pul yığmağa son qoyun, dayandırın pul yığmaları! Zəhmətkeş insanların əsəbləri ilə oynamayın! Ayrı seçkilik edirsiniz. Bəzi sürücüləri şəhərə buraxırsınız, bəsilərini yox! Abid Şərifov qərar imzalayıb: səhər saat 8-dən axşam saat 22-yə qədər şəhərə yük maşınları girməsin! Siz bəzilərinə icazə verirsiniz! Bu diskriminasiyadır! Siz ağ çörək yeyirsiniz, qara çörək yeyən insanları unudursunuz!"



"Usubovla danışıb, problemləri həll etdik" - Hacıbala Abutalıbov deyib.

Məsələ ilə bağlı açıqlama verən Hacıbala Abutalıbov sürücülərin problemini həll etdiyini bildirib:

"Sabah onlarla yenidən görüş keçirəcəm. Aksiya keçirən sürücülərin qaldırdıqları bütün məsələlər müsbət həllini tapdı. Problemlərinin aradan qaldırılmsı üçün onlar məndən üç xahiş etdilər.

I. Cərimələr ləğv edilsin;

II. Günün istənilən saatında sürücülərə paytaxtın Ziya Bünyadov prospektində hərəkətlərinə imkan yaradılsın;

III. Günün istənilən saatında Heydər Əliyev prospekti ilə Bakıxanov qəsəbəsinə, Sabunçuya, Suraxanıya getməyə icazə verilsin”:

H.Abutalıbov əlavə edib ki, sürücülərin qaldırdıqları hər üç problemlə bağlı Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubovla müzakirə etdik:

"Cənab Usubov cərimələrin ləğv edilməsi ilə bağlı göstəriş verdi. Bundan başqa sürücülər dedilər ki, Ziya Bünyadov prospektinə buraxmırlar. Mən bu məsələni də həll etdim. Bundan sonra sürücülər günün istənilən saatında Böyük Şor gölü ətrafındakı yolla hərəkət edib, "Elit" ticarət mərkəzinin yanına, ordan da Ziya Bünyadov prospekti ilə gələrək, taxta bazarına girə biləcəklər.

Onlar alverlərini edəndən sonra, sadaladığım istiqamətdə də geriyə qayıda biləcəklər. Həmçinin, onların növbəti tələbləri Heydər Əliyev prospekti ilə Bakixanov qəsəbəsinə, Sabunçuya, Suraxanıya getmələrinə icazənin verilməsi idi. Ona da icazə aldım”.

H.Abutalıbov sonda qeyd edib ki, bütün bu məsələləri Ramil Usubovla müzakirə edib və birlikdə qərar qəbul ediblər.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *