Gürcüstanda seçki məntəqəsində dava düşdü
Gürcüstanda keçirilən prezident seçkiləri zamanı Marneulidəki seçki məntəqəsində baş verən davaya görə hüquq mühafizə orqanları iki nəfəri saxlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə DİN-in bəyanatında bildirilir.
Qurumdan bildiriblər ki, qarşıdurma müxalif “Milli hərəkat” və iqtidarda olan “Gürcüstan arzusu” partiyalarının nümayəndələri arasında baş verib.
“İnzibati qayda pozuntusuna görə iki nəfər saxlanılıb. Faktla bağlı araşdırma aparılır”, - DİN-dən bildirilib.
Mənbə:> Oxu.Az