Azərbaycanda eşşəklər azalır, ceyranlar artır... » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

Azərbaycanda eşşəklər azalır, ceyranlar artır...

Azərbaycanda eşşəklər azalır, ceyranlar artır...

Azərbaycanda son bir ildə 4 min eşşək “yoxa çıxıb”. Yoxa çıxıb deyəndə bu fağır, amma zəhməteş və barəsində “qanmaz” imici formalaşmış (hərçənd canlılar arasında daha qanmazları var) bu heyvanlar heç yana qeyb olmayıblar. Onların sayında kəskin azalma var, özləri isə ya ət formasında qeyri-leqal kolbasa sexlərinə, ya da dönərxanalara yollanıblar. Yaxud çöldə canavarlara, çaqqallara tuş gəliblər. Hərçənd eşşəklərin bir qisminin xaricə daşındığı da ehtimal edilir.

Virtualaz.org xəbər verir ki, Dövlət Statistika Komitəsi bu günlərdə ölkədəki heyvanların sayı ilə bağlı son 10 ilin göstəricilərini açıqlayıb. Məlum olub ki, 2008-ci ildə ölkədə 47, 2 min eşşək olduğu halda, bu il 30,9 minə qədər azalıb. Heyvanların sayının kəskin azalması xüsusilə 2016-cı ildə baş verib, 40 mindən 35,5 minə düşüb. Ötən il isə cəmi min eşşək “yoxa çıxıb”, 2017-ci ildə 34,1 min, bu ilin əvvəlinə isə 30,9 min eşşək qeydiyyata alınıb.

Eşşəklərin sayı niyə azalır…

Azərbaycanda son illər eşşəklər arasında xəstəliyin yayılması faktı qeydə alınmayıb. Azərbaycan xaricə eşşək ixrac etmir, kolbasa və sosiska sexlərinə eşşək əti satılması ilə bağlı iddialar da rəsmi qurumlar tərəfindən təsdiqlənmir. Baxmayaraq ki, son 2 ildə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidməti tərəfindən Bakıya satmaq məqsədilə gətirilən, mənşəyi bəlli olmayan ətlərin müsadirə edilməsi, yaxud kəndlərdə at, eşşək sümüklərinin aşkarlanması ilə bağlı xəbərlərə tez-tez rast gəlinirdi.

Azərbaycanda eşşəklər azalır, ceyranlar artır...


Son 3 ildə 9 min baş eşşəyin yoxa çıxması ətinin kolbasa sexlərinə satılması ehtimallarını artırır.

Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlıq şöbəsinin müdiri Asəf Ömərov isə eşşəklərin sayının azalmasını təlabatla əlaqələndirib. Şöbə müdiri virtualaz.org-a deyib ki, Azərbaycanda eşşəkdən yalnız yük hyvanı kimi istifadə edilib, indi isə bu heyvana təlabat yoxdur. Güman ki, təbiətə ötürülən eşşəklər ölüb, qurda-quşa yem olub.

Ömərov deyir ki, eşşəyin saxlanılması kəndliyə sərf etmir, çünki atdan fərqli olaraq eşşək daim qayğı tələb edir, soyuğa davamlı deyil, üstəlik vəhşi heyvanlardan özünü qoruya bilmir. Kəndliyə motosiklet almaq eşşək saxlamaqdan daha asan və ucuz başa gəlir. Eşşəyin satışı da sərfəli deyil.

Xaçmazlı fermer: Yaxşı xoruz, hind quşu eşşəkdən bahadır

Adını söyləmək istəməyən xaçmazlı fermer isə bildirib ki, 2015-ci ilə qədər onun 5 eşşəyi olub, ot bahalaşan kimi eşşəkləri bir-bir satıb. “Eşşəklər 15-20 il yaşayır, əvvəllər qoca heyvanı saxlamaq sərf etmirdi, ya satırdılar, ya da kimə isə bağışlayırdılar. İndi isə heç cavan eşşək də sərf eləmir, xərci borcundan çoxdur”, -fermer əlavə edib. Onun sözlərinə görə, yaxşı xoruz, yaxud hind quşu eşşəkdən bahadır. Yaxın gələcəkdə ümumiyyətlə, eşşəklərin sayı əllə sayılacaq qədər azalacaq.

Azərbaycanda eşşəklər azalır, ceyranlar artır...


Qeyd edək ki, müxtəlif elan saytlarında hətta 30 manata eşşək təklif olunur, üstəlik çatdırılma da pulsuzdur.

Eşşəklər azalır, əvəzində ceyranlar…


Azərbaycanda eşşəklərin ilbəil azalmasına sevinməyin, yaxud bundan qayğılanmağın hansının düzgün olduğuna qərar vermək çətindir. Amma təbiətin bu “qanmaz” məxluqlarının sayının kəskin azaldığı bir vaxtda Azərbaycan faunasında “incə və nərmənazik” məxluqların-ceyranların sayının ildən ilə artdığını deyə bilərik. Hərçənd bu iki məsələ arasında əlaqə-filan yoxdur, bu sadəcə olaraq eşşəklərin sayının azalmasından qanı qarala biləcək oxuculara təskinlik vermək üçün apardığımız müqayisədir.

Azərbaycanda eşşəklər azalır, ceyranlar artır...


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə virtualaz.org-a bildirib ki, artıq Azərbaycanda ceyranların sayı 7 minə yaxınlaşır.

Halbuki 1970-ci ildə cəmi 171 baş ceyran olub. 2000-ci ilin əvvəlindən qoruqların təşkili və mühafizəsi yaxşılaşdırılıb, xüsusilə 65 min hektar ərazisi olan Şirvan Milli Parkında ceyranlar üçün hər cür şərait yaradılıb.

“Ceyranların tarixən olduğu yerlərdə məskunlaşma baş vermişdi, nəticədə heyvanın sayı azalmışdı. Yalnız Salyan və Goranboyda az sayda heyvan qalmışdı. 2010-cu ildən ceyranlar tarixi yerlərinə- Ağcəbədi, Samux, Qax, Qobustan və digər rayonlara da köçürüldü, nəticə müsbət oldu, ceyranın təbii artımı müşahidə edildi”, -departament rəhbəri qeyd edib.

Qeyd edək ki, eşşəklərdən fərqli olaraq ceyranlar toxunulmazdır, ceyran ovlamaq 1500 manat cərimə və 2 ilədək həbslə nəticələnə bilər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *