İlham Əliyev: “Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi konstruktivlik nümayiş etdirəcək” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

İlham Əliyev: “Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi konstruktivlik nümayiş etdirəcək”

İlham Əliyev: “Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi konstruktivlik nümayiş etdirəcək”

Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

Dövlətimizin başçısı Ermənistan tərəfinin cəhdlərinin nəticə vermədiyini, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların formatının dəyişməz olaraq qaldığını vurğulayıb.

Prezident qeyd edib ki, bu danışıqlar Ermənistan və Azərbaycan arasında aparılıb, aparılır və aparılmalıdır. İki ölkənin xarici işlər nazirlərinin iki görüşü bunu bir daha sübut edir.

“Son vaxtlar baş vermiş digər hadisələr onu göstərir ki, danışıqlar formatı dəyişməz olaraq qalır və bu münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb, bu gün də deyil və heç vaxt olmayacaq. Ona görə biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq. Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi öz siyasətində konstruktivlik nümayiş etdirəcək və torpaqlarımız tezliklə işğalçılardan azad olunacaqdır”, - deyə Prezident İlham Əliyev bildirib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *