“15 sentyabrın 100 illiyinə birgə hazırlıq dünyaya ciddi mesajdır” – Zəlimxan Məmmədli » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hərbi

“15 sentyabrın 100 illiyinə birgə hazırlıq dünyaya ciddi mesajdır” – Zəlimxan Məmmədli

“15 sentyabrın 100 illiyinə birgə hazırlıq dünyaya ciddi mesajdır” – Zəlimxan Məmmədli


“Azərbaycanla Türkiyənin Bakının azad olunmasının 100 illiyini birgə qeyd etmək hazırlığı sarsılmaz qardaşlığın örnəyidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Bakının bolşevik-daşnak qüvvələrindən təmizlənməsinin 100-cü ildönümünə yönəlik hazırlıq tədbirlərini qiymətləndirən “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib.

Zəlimxan Məmmədlinin fikrincə, Bakının Qurtuluş gününün qeyd olunması çərçivəsində genişmiqyaslı tədbirlərin nəzərdə tutulması yaxşı mənada təəccübləndirici addımlardır:

“Təbii ki, tariximizin ən dəyərli hadisələrindən biri 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə ordularının birgə fəaliyyəti sayəsində Bakının bolşevik-daşnak işğalından azad olunmasıdır. Bu tarixi hadisənin baş verməsi üçün canlarından keçən Azərbaycan və Anadolu əsgərlərinin xatirəsini hörmətlə anırıq.

Bəli, 15 sentyabr tarixi gününün bu millətə bəxş olunmasında misilsiz xidmətləri olan Nuri Paşa, o cümlədən Ənvər Paşa və digər şəxsiyyətlərin adlarının əbədiləşdirilməsi, bu hadisənin 100-cü ilinə yetişmədən də onlara Bakının ən görkəmli yerlərində heykəllərin ucaldılması mümkün idi. Ancaq bu və ya başqa səbəblərdən hələ ki o işlər həyata keçirilmədi.

Bununla belə, müəyyən susqunluqdan sonra Bakıda haqqında danışdığımız 100 illiklə bağlı genişmiqyaslı tədbirlərin hazırlanması, hətta hərbi keçidin nəzərdə tutulması alqışlanası addımdır.

Bildiyimiz qədər, bu tədbirlərə Türkiyə Silahlı Qüvvələrinin bölmələri də qatılacaqlar. Hətta deyilənə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da Bakıdakı 100 illik mərasimlərində iştirakı planlaşdırılır.

Bütün bunlar Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını, “Bir millət, iki dövlət” prinsipinin sözdə yox, əməldə mövcudluğunu göstərməklə yanaşı, dünyaya verilən çox ciddi mesajdır. İnanırıq ki, bu tədbirlər ən yüksək səviyyədə, qəhrəmanlarımızın adlarına layiq şəkildə qeyd olunacaq”.

Mənbə: Yeniçağ.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *