Etibar Pirverdiyev işdən çıxarıldı, yerinə Baba Rzayev təyin olundu
Prezident İlham Əliyev Etibar Pirverdiyevin “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Etibar Sinabəddin oğlu Pirverdiyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib.
"AzərTAc" xəbər verir ki, Prezident İlham Əliyevin digər fərmanı ilə Baba Rzayev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib və Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.
Mənbə:> AzerTac