İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı
Prezident İlham Əliyev Azərbaycanın kino xadimlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
AzNews.info-nun məlumatına görə, sərəncamla Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:
"Şərəf” ordeni ilə
Balayev Rasim Əhməd oğlu
Mustafayev Vaqif Behbud oğlu
"Şöhrət” ordeni ilə
Əzizbəyli Ramiz Hacı Ağa oğlu
Quliyev Rafiq Səfər oğlu
3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə
Quliyev Cəmil Elşad oğlu
"Tərəqqi” medalı ilə
Abbasov Şirvan Veyis oğlu
Ağalarov Vaqif Mamo oğlu
Babayev Tərlan Adil oğlu
Bağırzadə Suğra Sadıq qızı
Əliyev Şamil Yavər oğlu
İbrahimov Emin Rəşid oğlu
Məmmədov Pərviz Məlikməmməd oğlu
Murtuzov Zəfər Nəbi oğlu
Mustafayev Akif Məcid oğlu
Mürvətov Elşad Əlibala oğlu
Nuriyev Rəşad Möhübbət oğlu
Rəsulova Ruhiyyə Hacı qızı
Şahməmmədov Oruc Vəli oğlu.
***
Prezident İlham Əliyev Gədəbəy rayonunun Slavyanka–Qoşabulaq–Pərizamanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamla on iki min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Slavyanka–Qoşabulaq–Pərizamanlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 11,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
***
Azərbaycan prezidenti İlham Əliyev şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilib.
Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir.
Mənbə:> Anews.az