Deputat Elmira Axundovanın səs yazısı – YENİ NAZİR GƏLƏNDƏN PULUMU VERMİRLƏR » AzNews.info -Xəbər portalı

Deputat Elmira Axundovanın səs yazısı – YENİ NAZİR GƏLƏNDƏN PULUMU VERMİRLƏR – VİDEO

Deputat Elmira Axundovanın səs yazısı  – YENİ NAZİR GƏLƏNDƏN PULUMU VERMİRLƏR


Deputat Elmira Axundovanın sahibkar Fərman Məmmədovla arasında olan telefon söhbətinin yeni sensasion səs yazısı sosial şəbəkələri ayağa qaldırıb. Bu danışıqda deputatın sahibkara böyük məbləğdə borcu olduğunu etiraf etməsi və "2-3 ay gözlə, pul olacaq" deyərək sahibkarı sakitləşdirməsi açıq-aydın görsənir. Səs yazısı Criminal.az saytı tərəfindən yayımlanmışdır.

Deputat olan borcunu xırdalıq edərək 5min manatlarla ödəmək istəmədiyini və tez bir zamanda oğlu ilə birlikdə torpaq sahələrini satacaqlarına, hətta Mehman adlı şəxsdən pul alacaqlarını bildirərək, borcunu ödəyəcəklərinə söz verir. Elmira Axundova günahgarcasına işlərinin pis getdiyini, yeni hərbi nazir gələndən, onun Hərbi Nazirlikdən alacaq olduğu 60-100 min manatın verilmədiyini və bu pulu ona əvvəllər Cabir adında adamın verdiyini deyir.

Bu həftə ərzində ikinci dəfədir ki, deputat və ailəsinin dələduzluğu gündəmə gəlir. İndiyə qədər deputatın sözlərinə inanmaq mümkün idisə də, bu səs yazısından sonra bütün kartlar yerini dəyişir və deputatın oglu Fərman Məmmədovdan pul almayıbsa, onda səs yazısında anası niyə aşağılanaraq 2-3 ay gözləməsini xahiş edir? Bəlkə hansısa başqa borcdan söhbət gedir? Yəqin deputat və oğlu bu sualları hələ çox cavablandırmalı olacaqlar.


Qeyd edək ki, deputat Elmira Axundovanın oğlu Həbib Axundov ölkə mətbuatının gündəminə model Günel Mirzəyevanın ölümü ilə düşmüşdü. Belə ki, modelin deputatın oğluna məxsus yaxtada boğulduğu bildirilirdi.

Həmin vaxt istər deputat E.Axundova, istər də oğlu H.Axundov hadisənin onların yaxtasında baş vermədiyinə dair açıqlama vermişdilər. Hətta E.Axundova açıqlamasında oğlunun ümumiyyətlə yaxtasının olmadığını bildirmişdi.

Amma bu açıqlamadan bir müddət sonra H.Axundov hadisənin həqiqətən də ona məxsus yaxtada baş verdiyini, lakin həmin an özünün yaxtada yox, sahildə olduğunu və bu səbəbdən də G.Mirzəyevaya kömək edə bilmədiyini bildirib: "… 2017-ci ilin iyunun 24-də Günel Mirzəyeva dostları ilə dənizdə çimərkən boğulub. Həmin gün mən də onlarla idim. Lakin təəssüflər olsun ki, hadisə baş verən zaman sahildə idim. Və bu səbəbdən də hadisələrin gedişatına təsir edə bilmədim. Buna görə dərin peşmançılıq hissi keçirirəm. Əgər onun yanında olsaydım, Güneli mütləq xilas edə bilərdim. Çünki üzməyi çox yaxşı bacarıram və həyatımda Xəzərdə boğulmaq təhlükəsilə qarşılaşan bir neçə insanı xilas etmişəm”.

Ortada bir-birini təkzib edən açıqlamalar olsa da, məsələ qapadılıb getdi. Hər halda ortada cəza alan olmadı. Hər kəs necə deyərlər, qaldığı yerdən həyatını davam etdirdi. Həm də necə həyatını…

Ancaq deputatın oğlunun adı bu dəfə başqa bir dələduzluq işində gündəmə gəldi. Həbib Axundovun adı 8 milyonluq dələduzluq qalmaqalında hallanmağa başladı. Vətəndaşlar Ziya Vəliyev, Elvin Vəliyev, Sabir Ağayev, Fərman Məmmədov və Şahin Məhərrəmov şikayət edərək, Həbib Axundovla dostu Elnur İbrahimovun yaratdıqları maliyyə fırıldağı piramidasının qurbanları olduqlarını bildirdilər.

Ancaq H.Axundov bütün günahın Elnur İbrahimovda olduğunu bildirərək, özünün də zərərçəkmiş olduğunu bildirdi. Ancaq hazırda məhkəmədə araşdırılan bu işdə zərərçəkmişlər pullarını deputat oğluna verdiklərini bildirirlər.

Bu iş üzrə məhkəmə prosesinin getdiyi bir vaxtda deputat oğlu ilə bağlı yeni faktlar ortaya çıxıb. "AzPolitika.info” xəbər verir ki, H.Axundovun harın həyat tərzini, kef içində yaşadığını əks etdirən, hətta kasıb insanları ələ salmaqdan çəkinmədiyi görüntüləri yenidən gündəmi zəbt edib. Bahalı avtomobillər, bahalı geyimlər, necə deyərlər, ətrafında huri mələklər…


Bu görüntülər ölkənin iki ağır devalvasiyadan keçdiyi günlərdə çəkilib … Xalq banklar qarşısında boynubükük qalıb, minlərlə vətəndaşımız məhkəmələrdə sürünür, amma nə kəramətdisə bizim çox çox dəyərli deputatımızın oğlu Həbib Axundov mal-mülk, səltənət içində üzür...

Sanki insanları ələ salırmış kimi, "Bakıda deyirlər "krizisdir”, dollar qalxıb, mənim dollarım, heç manatım da yoxdur” deyə lağlağı şəkildə bildirir.

Gah ətrafındakı qızlara özünün oliqarxlar kimi yaşaması, gah da əynindəki kurtkanın qiyməti ilə öyünür…

Deputat oğlunun internetdə yayılmış görüntülərini təqdim edirik:


Mənbə: Haqqın.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *