Mənsimovun dənizçiləri: “Bizi girov saxlayırlar...” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

Mənsimovun dənizçiləri: “Bizi girov saxlayırlar...”

Mənsimovun dənizçiləri: “Bizi girov saxlayırlar...”

Azərbaycanlı gəmiçilik maqnatı Mübariz Mənsimovun donanmasından bir-birinin ardınca dənizçilərin etirazları barədə xəbərlər gəlir. Virtualaz.org xəbər verir ki, ötən ilin dekabrından bu yana “Palmali”nin iki tankeri Estoniyanın paytaxtı Tallinin limanında ilişib qalıb. Gəmilərin heyət üzvləri deyirlər ki, artıq 7 aydır maaş almırlar və “Palmali”nin Türkiyədəki baş ofisi onların çoxsaylı müraciətlərinə cavab vermir.

“Bozdağ” adlı tankerin heyət üzvləri deyirlər ki, gəmi ötən ilin sonlarında təmir iləri üçün limana yan alıb. Amma təmir işləri aparılsa da “Palmali” limana olan borcunu ödəməyib. O cümlədən heyət üzvləri sonuncu dəfə ötən ilin dekabrında maaş alıblar. Gəmilərdə cəmi 15 dənizçi var, onlar Rusiya vətəndaşlarıdır. “Biz özümüzü girov kimi hiss edirik, “Palmali” şirkətinin borcuna görə burada girov qalmışıq, aclıq aksiyasına başlamağa hazırlaşırıq”-dənizçilər DELFİ agentliyinə bildiriblər.

“Palmali”nin bu ilin fevralından Danimarka limanlarından birində borca görə saxlanılmış “Natiq Əliyev” tankeri isə nəhayət azad oluna bilər. Danimarka KİV-lərinin xəbərlərinə görə “Palmali” şirkəti elektron poçtla Nəqliyyat İşçilərinin Beynəlxalq Həmkarlar Təşkilatının Danimarka nümayəndəliyinə məktub göndərərək limana və dənizçilərə olan borcların gələn həftə ödəniəcəyini bildirib. Həmkarlar təşkilatının müfəttişi Morten Bax bildirib ki, borclar ödəniləndən sonra tanker gələn həftə yoluna davam edə biləcək. Tankerin heyət üzvləri mart ayından bəri maaş almır.

Xatırladaq ki, bu günlərdə “Palmali”nin 4 tankeri də Rusiya limanlarında maaşlarını aylardır ala bilmədiklərinə görə aclıq aksiyası keçirmişdilər. Bu məsələ ilə bağlı səs-küy qalxandan sonra “Palmali” dənizçilərin pullarını ödəyib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *