ABŞ F-35 qırıcılarının Türkiyəyə tədarükünü dondurdu
Ankaranın Rusiyadan C-400 zenit raketlərini almaq niyyəti səbəbi ilə ABŞ Konqresi Türkiyəyə beşinci nəsil F-35 qırıcı təyyarələrinin tədarükünü dondurub.
Bu barədə “The Washington Times” xəbər yayıb.
Müvafiq düzəliş ABŞ-ın 2019-cu il üçün nəzərdə tutulan müdafiə büdcəsinə daxil edilib və Konqresin hər iki palatasında təsdiqlənib.
F-35-lər haqqında yekun qərar Pentaqonun tədarükün ləğvi nəticələrini nəzərdən keçirməsindən sonra veriləcək.
Qarşıdakı 90 gün ərzində Pentaqon Konqresə Türkiyənin F-35 proqramında iştirakına xitam verilməsinin Ankara ilə Vaşinqton arasında münasibətlərə, həmçinin ölkənin Rusiya istehsalı olan C-400 komplekslərinin alınması planlarına nə kimi təsir göstərə biləcəyi haqqında məruzə təqdim etməlidir.
Mənbə:> Virtualaz.org