Nabranda itən 3 yaşlı İsmayılın əmisi: "Oğurlandığı istisna deyil..." » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial, Hadisə

Nabranda itən 3 yaşlı İsmayılın əmisi: "Oğurlandığı istisna deyil..."

Nabranda itən 3 yaşlı İsmayılın əmisi: "Oğurlandığı istisna deyil..."

İtkin düşmüş İsmayılın əmisi Elnur Novruzov BBC News Azərbaycancaya deyib ki, "uşaq yoxa çıxmamışdan az əvvəl atası və babasının yanında olub".

"Otelin ərazisində axtarmadığımız yer qalmayıb, meşəni və dəniz qırağını da axtarmışıq, heç yerdə yoxdur. Otel dənizdən uzaqdır, 3 yaşlı uşaq özü o qədər yolu gedə bilməz".

Elnur Novruzovun sözlərinə görə, indi ailəsi azyaşlının oğurlanmasını ehtimal edir və buna görə də polisə müraciət edib.

"Tapılacağı təqdirdə pul mükafatı verəcəyik və tapan adamı məxfi saxlayacağıq", 3 yaşlı İsmayıl Novruzovun əmisi Elnur Novruzov deyib.

* * *10:20

İyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun axtarışları davam etdirilir. Bu barədə FHN-dən verilən məlumatda bildirilib.

Qeyd olunub ki, axtarış-xilasetmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri cəlb olunub.

Bildirilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və könüllülər də axtarışlarda iştirak edirlər. Axtarış tədbirləri meşəlik ərazidə və suda aparılır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *