Afrində Atatürkün gizli qərargahı tapıldı – FOTO
TSK-nın PKK-çılardan təmizlədiyi Afrinin Racu bölgəsində Mustafa Kamal Atatürkün I Dünya Müharibəsində istifadə etdiyi qərargah aşkarlanıb.
Türk mediası xəbər verir ki, 1918-ci ildə Fələstində “7-ci Ordu”nun generalı olaraq fəaliyyət göstərən Atatürk həmin ilin oktyabr ayında əvvəlcə Hələbə, daha sonra isə Afrinə gedib. Onlar burada İsgəndərun və sahillərini, eləcə də Reyhanlı, Qırıqxan, Belen, Dər əl-Cəmal və Təl-Rıfat boyunca uzanan xətti müdafiə ediblər.
Qoşun 26 oktyabr 1918-ci ildə cənubdan Afrinə daxil olan ingilislərlə mübarizə apararaq qələbə qazanıb.
Həmin tarixi qərargahın fotolarını təqdim edirik:
Mənbə:> Yeniçağ.az