Abşeron başçısının Qarabağ əlilinin qanını tökən qoçularının görüntüləri » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial, Hadisə, Video

Abşeron başçısının Qarabağ əlilinin qanını tökən qoçularının görüntüləri – VİDEO

Abşeron başçısının Qarabağ əlilinin qanını tökən qoçularının görüntüləri

Abşeron rayonunun Fatmayı qəsəbəsində Qarabağ müharibəsi veteranını pul vermədiyi üçün döyüb qanına qəltan edən qoçulardan birinin kimliyi məlumdur. Ötən gün qoçular tərəfindən döyülən və üzləşdiyi qanunsuzluğa etiraz olaraq tikdiyi evə od vurub yandıran Fuad Əkbərov həmin şəxslərdən birinin mobil telefonla çəkilmiş fotosunu redaksiyamıza təqdim edib.

Əkbərov virtualaz.org-a açıqlamasında deyib ki, hadisə gözlənilmədən baş verib. “Mən 2014-cü ildən o evdə yaşayırdım, bütün sənədlərim də qaydasında idi, o cümlədən evin “kupça”sı da var. Qəfildən baxdım ki, evin qabağında ekskovator dayandı və bir dəstə mülki geyimli üstümə hücum çəkdi. Dedilər ya pul ver, ya evini sökürük. Dedim pul verməyəcəm, əvvəla rüşvət verməyə pulum yoxdur, ikincisi mən bu evi qanuni tikmişəm, bütün sənədlərim də var. Sənədlərə filana məhəl qoymadılar. Məni 3 uşağımın gözü qarşısında döyüb bu hala saldılar”, - Fuad Əkbərov deyir.

Əkbərov onu döyən qoçuların hamısını tanıdığını deyir, dediyinə görə yaxınlıqdakılar şəkillərini də çəkiblər. O, başına gələnlərə etiraz olaraq özünü öldürmək istəyib, imkan verməyiblər, amma evə od vurmağa imkan tapıb. Xəstəxanaya müraciət edən Əkbərovda orta ağır xəsarətlər qeydə alınıb.

Xatırladaq ki, prokurorluq baş verənlərə görə Əkbərovun özünə qarşı cinayət işi açıb.

Abşeron başçısının Qarabağ əlilinin qanını tökən qoçularının görüntüləri


* * *17:03

Bu günlərdə Abşeron rayonunda Qarabağ müharibəsi əlili Fuad Əkbərov rayonun İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın özbaşınalığına etiraz əlaməti olaraq öz evini yandırıb. Virtualaz.org xəbər verir ki, bu barədə Fuad Əkbərov YouTube videohostinqində yerləşdirdiyi müraciətində bildirib.

”Başda Baba adlı şəxs olmaqla polisin gözləri qarşısında məni bu hala saldılar. Bu ona görə baş verdi ki, razılaşmalısan. Əlimdə dövlətin verdiyi kupça var, amma pul tələb edirlər. Onlara əhəmiyyət vermədim deyə məni döyüb evi dağıtdılar. Etirazımı necə edə bilərəm? Bu, mənim mənzilimdi, bunu benzin tökərək yandıra bilərəm. Mən 214 manat pensiya alıram. Bunu necə sizə verə bilərəm. Amma İradə Gülməmmədovanın qocuları istəyir”, - bunu dedikdən sonra Fuad Əkbərov evini yandırıb.


Abşeron Rayon İcra Hakimiyyətindən bu gün bildirildiyinə görə, rayonda evin yandırılması ilə bağlı cinayət işi başlanıb.

Məlumatda qeyd edilir ki, bu il mayın 11-də Abşeron rayonu, Mehdiabad qəsəbə sakini, 1976-cı il təvəllüdlü Əkbərov Fuad Mübariz oğlu rayonun Fatmai kəndi ərazisində yerləşən və içərisində yaşayış olmayan bir mərtəbəli yeni tikilini qabaqcadan hazırlanmış və təxribat, təhdid xarakteri daşıyan video çəkmək məqsədi ilə yandırıb: “Qeyd etmək istərdik ki, Fuad Ələkbərov Fatmai kəndi ərazisində əmlak alqı-satqısı ilə məşğul olur. Abşeron Rayon İcra Hakimiyyətinin işçiləri Fuad Ələkbərovun məlum videoda iddia etdiyi kimi söküntü işləri aparmır və ondan hər hansı bir vəsait tələb olunmayıb. Üstəlik, ona qarşı hər hansı bir fiziki təzyiq göstərilməyib. Fuad Ələkbərov özünün bizə məlum olmayan məqsədləri üçün əvvəlcədən planlaşdırıb, hazırladığı ssenari üzrə addım ataraq internet televiziyasının nümayəndəsini tikilməkdə olan sözügedən mənzilə çağırıb və xüsusi hazırlanmış nitqi ilə video çəkiliş aparıb”.

Hazırda Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb və istintaq aparılır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *