Kremlə yaxın oliqarx Telman İsmayılovun məşhur şadlıq sarayına göz dikib » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

Kremlə yaxın oliqarx Telman İsmayılovun məşhur şadlıq sarayına göz dikib

 Kremlə yaxın oliqarx Telman İsmayılovun məşhur şadlıq sarayına göz dikib

Azərbaycan əsilli oliqarx, sifarişli qətllərdə ittiham olunan və axtarışa verilən Telman İsmayılovun Moskvadakı aktivlərindən birini-məşhur “Safisa” şadlıq sarayını Kremlə yaxın oliqarx ələ keçirmək istəyir. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, “Rostex”in rəhbəri Sergey Çemezovun dostu və partnyoru Vitali Maşitski T.İsmayılova verdiyi 2 milyard rubl borcun əvəzində şadlıq sarayına göz dikib.

 Kremlə yaxın oliqarx Telman İsmayılovun məşhur şadlıq sarayına göz dikib


“Safisa” şadlıq sarayını 2015-ci ildə T.İsmayılovun AST şirkətlər qrupuna daxil olan “LİMN” şirkəti “Metropoliya” adlı şirkətə investisiya payının əvəzində verib. “Metropoliya” isə aktivi Rostovda qeydiyyatdan keçən “Yeni idarəetmə texnologiyası” adlı şirkətə ötürüb. Bu şirkətin kimə məxsus olduğu məlum deyil, amma İsmayılovun kreditorlarının vəkilləri hesab edirlər ki, həmin struktur biznesmenin maraqlarını təmsil edir.

“Safisa” şadlıq sarayına ötən il T.İsmayılova yüz milyonlarla dollar kredit verən və geri ala bilməyən “Bank Moskva” iddia qaldırmışdı. Bankın vəkilləri bildirirdi ki, obyekt Rostov şirkətinə 49 illiyə icarəyə verilərkən bazar dəyərindən aşağı qiymət hesablanıb. Şirkətin vəkilləri isə qiymətin aşağı olmadığı, əksinə, bazar dəyərindən də yuxarı olduğunu irəli sürüb. Hazırda “Safisa”nın bazar dəyəri 9 milyon dollara yaxındır.

 Kremlə yaxın oliqarx Telman İsmayılovun məşhur şadlıq sarayına göz dikib


“Safisa” şadlıq sarayı oliqarxların və Moskva elitasının sevimli məkanı kimi tanınır. Orada milyarder Mixail Qutseriyev oğlu Səidə dəbdəbəli toy edib. Habelə “Taşir” şirkətlər qrupunun rəhbəri, erməni oliqarx Samvel Karapetyan da oğlunun toyunu orada keçirib. Bir çox dünya ulduzları şadlıq sarayının səhnəsində çıxış ediblər.

 Kremlə yaxın oliqarx Telman İsmayılovun məşhur şadlıq sarayına göz dikib


Aprelin 17-də Arbitraj məhkməsinin iclasında aydınlaşıb ki, obyektə iddiaçı qismində üçüncü tərəf kimi daha bir kreditor-biznesmen Vitali Maşitski də qoşulmaq istəyir. Maşitski “LİMN” şirkətinin səhmlərinin 100 faizini girov saxlayır. Maşitskinin nümayəndəsi bildirib ki, onlar obyekti əldə edib açıq hərracda satmaq istəyirlər. Bildirilir ki, Maşitski 2011-ci ildə T.İsmayılova developer layihəsi üçün 2 milyard rubl borc verib. Maşitski 90-cı illərdə Boris Yeltsinin işlər idarəsinin rəhbəri Pavel Borodinin etibarlı bankirlərindən olub. O, “Sidanko” neft şirkətinin aktivlərinin alqı-satqısı zamanı varlanıb, hazırda “Rostex”in strukturları ilə ortaq biznesi var.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *