Hüseyn Abdullayev həbs olundu və Azərbaycana gətirildi
Keçmiş deputat və psevdosiyasimühacir Hüseyn Abdullayev saxlanılıb və Azərbaycana ekstradisiya olunub. Onun ekstradisiyası Daxili İşlər Nazirliyinin xətti ilə aparılıb.
Bu haqda virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələrdən bildiriblər.
İnformasiyaya əsasən, Hüseyn Abdullayevin həbsi və onun Azərbaycana ekstradisiyası sabiq-deputata qarşı qaldırılmış cinayət işi əsasında, başqa ölkələrin Daxili İşlər Nazirliyi orqanları ilə əməkdaşlıq müqaviləsinə uyğun olaraq, həyata keçirilib.
Hüseyn Abdullayev barəsində Azərbaycanda vergi ödənişindən boyun qaçırma maddəsi üzrə cinayət işi qaldırılıb.
**
23:45
Keçmiş deputat və siyasi mühacir Hüseyn Abdullayev saxlanılıb və Azərbaycana ekstradisiya olunub.
Bu haqda hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən eyni vaxtda “Qafqazinfo” və müsavat.com saytları məlumat yayıblar.
İnformasiyaya əsasən, Hüseyn Abdullayev bu gün Türkiyədə saxlanılıb və oradan Azərbaycana gətirilib.
Musavat.com-un yazdığına görə, Hüseyn Abdullayev Türkiyəyə tez-tez baş çəkir, işgüzar görüşləri keçirir, həmçinin ailə üzvləri ilə görüşürmüş...
Virtualaz.org xatırladır ki, Hüseyn Abdullayev uzun illər ölkədəki kölgə iqtisadiyyatına nəzarət edib, qaçaqmalçılıqla məşğul olub, 2-3 min nəfərlik qeyri-rəsmi könüllü silahlı dəstəyə rəhbərlik edib, müstəqil sahibkarları, sözün həqiqi mənasında əzib. Sonra bütün bunlardan, eləcə də deputat mandatından məhrum edilib və müxalifətə keçib. Daha sonra isə Almaniyaya yollanıb...
Mənbə:> Virtualaz.org