YAP: “Azərbaycan xalqı İlham Əliyevi prezident seçib” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

YAP: “Azərbaycan xalqı İlham Əliyevi prezident seçib”

YAP: “Azərbaycan xalqı İlham Əliyevi prezident seçib”

Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında bu gün keçirilən prezident seçkiləri ilə bağlı mətbuat konfransı keçirilib.

YAP sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib ki, saat 08:00-da başlayan səsvermə saat 19:00-da başa çatıb və seçkilər baş tutmuş hesab edilir: "MSK-dan verilən məlumata görə, səsvermədə 3,9 milyondan çox seçici iştirak edib. "Exit-poll"ların keçirdiyi sorğular nəticəsində İlham Əliyev 80 faizdən yuxarı səs qazanıb. Bu ondan xəbər verir ki, YAP sədri prezident seçkilərində inamlı qələbə qazanıb. Hesab edirik ki, Mərkəzi Seçki Komissiyası da yaxın vaxtlarda nəticələri elan edəcək. Azərbaycan xalqı doğru seçib edərək İlham Əliyevi prezident seçib".

Ə.Əhmədov növbəti 7 ilin Azərbaycanda inkişafın yeni mərhələsi olacağını qeyd edib: "İlham Əliyevin müəyyənləşdirdiyi strategiya sayəsində genişmiqyaslı hökumət planı işlənib hazırlanacaq. Azərbaycan bütün sahələrdə inkişaf edəcək və dünya birliyində mövqeləri güclənəcək. İlham Əliyevin qələbəsi bütün Azərbaycan xalqının qələbəsidir və mən bu münasibətlə bütün xalqımızı təbrik edirəm".

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *