Elman Rüstəmov: Manat ucuzlaşmayacaq
"Azərbaycan manatının ucuzlaşması üçün heç bir fundamental amil görmürük".
Virtualaz.org-un məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bir ildən çoxdur ki, mili valyutanın məzənnəsi sabitdir, əhali və real sektorda məzənnə dəyişikliyi gözləntiləri azalıb.
Bunda başqa, E. Rüstəmov qeyd edib ki, Azərbaycanda kredit faizlərinin səviyyəsini təkcə uçot dərəcəsi müəyyən etmir: "Uçot dərəcəsi siqnal rolunu oynayır. Bu effektin iqtisadiyyata ötürüləciyini gözləyirik. Bütövlükdə maliyyə vasitəçiliyinin bərpası istiaqamətində problemlər var. Bu da təkcə pulun dəyəri ilə ölçülmür. Faizlərin azalmasını istəyiriksə bu ekosistemdə problemləri həll etməliyik".
E.Rüstəmov onu da vurğulayıb ki, likvidlik səviyyəsi sürətlə artır. Cari ilin birinci rübündə Azərbaycan Mərkəzi Bankı pul bazasını 11 faiz artırıb.
Onun sözlərinə görə, banklarda izafi likvidlik olduğuna görə onlar öz maliyyə vəsaitlərini qiymətli kağızlar bazarına yönəldirlər. “İlin əvvəlindən nisbət tələbin xeyrinədir. Olduqca böyük tələb var. Biz istəyirik ki, banklar öz vəsaitlərini kreditləşməyə yönəltsinlər, nəinki qiymətli kağızlara. Bizim əsas məqsədimiz bankların maliyyə vəsaitlərinin iqtisadiyyata yönəldilməsidir”.
Mənbə:> Virtualaz.org