Mahmudovun pulları və hesabları: Latviya bankları qapılarını korrupsionerlərin üzünə bağlayır » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial, Kriminal

Mahmudovun pulları və hesabları: Latviya bankları qapılarını korrupsionerlərin üzünə bağlayır

Mahmudovun pulları və hesabları: Latviya bankları qapılarını korrupsionerlərin üzünə bağlayır

Latviya bankları ABLV Bank ətrafında yaranan qalmaqaldan sonra xarici əmanətçilərə dair tələblərini sərtləşdirməyə başlayıb.

Virtualaz.org xəbər verir ki, ölkənin 5 ən iri bankından biri olan “Rietumu banka” may ayından etibarən 4 mindən yuxarı xarici korporativ müştərinin hesablarını bağlayacağını elan edib. Bu, bankın xarici əmanətçilərinin üçdə ikisindən çoxdur.

Xəbər verildiyi kimi ABŞ-ın Maliyyə Nazirliyinin maliyyə cinayətlərinə qarşı mübarizə Bürosu FinCEN ötən ay Latviyanın ikinci ən iri bankı olan ABLV Bank-a qarşı sanksiyalar tətbiq edib. Sanksiyalara səbəb kimi bankın Azərbaycan, Rusiya və Ukraynadan milyardlarla dollar pulun “yuyulmasını” təşkil etdiyi göstərilib.

Mahmudovun pulları və hesabları: Latviya bankları qapılarını korrupsionerlərin üzünə bağlayır


Bu sanksiyalar Latviyanın bank sektorunda çaxnaşma yaradıb və tezliklə ABLV Bank öz fəaliyyətini dayandırdığını elan edib. Habelə Avropa İttifaqı Latviya banklarına qarşı tələbləri sərtləşdirərək keçmiş sovet respublikalarından olan korrupsionerlər üçün pulyuma sxemlərinə son qoymağı tələb edib. Azərbaycanın bank çevrələrindəki mənbələrdən məlum olub ki, vaxtilə ABLV Bank-la keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun mütəşəkkil qruplaşması sıx əməkdaşlıq edirdi.

Xəbərlərə görə Latviyanın “Rigensis Bank”ı da xarici müştərilər üçün şərtləri sərtləşdirib. Martın 5-dən etibarən bank xarici müştəri üçün hesabın açılmasına dair təqdim edilmiş sənədləri araşdırmaq üçün 20 min avro haqq tələb edəcək, əgər sənədlər qaydasında olsa müştəri üçün bankda hesabın açılması üçün xidmət haqqı 5 min avro olacaq. Latviyanın qeyri-rezidentlərlə işləyən cəmi 11 bankının öz işini yenidən qurduğu bildirilir. Bu, ölkənin Maliyyə Nazirliyinin tələbləri əsasında baş verir.
Mahmudovun pulları və hesabları: Latviya bankları qapılarını korrupsionerlərin üzünə bağlayır


Hazırda Latviya banklarına qoyulmuş əmanətlərin 34 faizi xaricilərə məxsusdur. Nazirlik bunun 5 faizə qədər azaldılması tələbini qoyub. Latviyanın maliyyə və kapital bazarları Komissiyasının məlumatın görə ölkə banklarındakı əmanətlərin 7.2 faizi Rusiya vətəndaşlarına və korporativ müştərilərinə məxsusdur. Lakin ekspertlərə görə həmin hesabların sahiblərinin bir çoxu offşorlarda gizlənib. Buna baxmayaraq hesabların rusiyalılara məxsus olduğunu Rusiyadan həmin hesablara nəhəng məbləğlərdə pulların transferi təsdiq edir. Rusiya Mərkəzi Bankının hesablamalarına görə 2006-2017-ci illər ərzində ölkədən Latviya banklarına 14.7 milyard dollar ötürülüb. Bu, İsveçrə banklarından sonra ikinci ən iri pul axınıdır.

Rusiya, Azərbaycan və digər keçmiş sovet respublikalarından olanlar Latviya banklarına ona görə üstünlük verirdilər ki, bu ölkədə liberal bank sistemi mövcuddur. Bank qanunvericiliyin görə Latviya keçmiş sovet məkanının İsveçrəsi hesab edilirdi. Çünki yerli bankirlər daxil olan pulların mənbəyi haqda suallar vermirdilər, nəticədə pulları xaricə daşımaq və şəxsi kapitalını etibarlı şəkildə gizlətmək istəyənlər Latviya banklarına üstünlük verirdi.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *