Bakıda 40 milyon manata satılan torpaq sahəsi kimindir? » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Maraqlı, Video

Bakıda 40 milyon manata satılan torpaq sahəsi kimindir? – VİDEO

Bakıda 40 milyon manata satılan torpaq sahəsi kimindir?

Bakıda fantastik qiymətə torpaq sahəsi satılır.

Xezerxeber.az xəbər verir ki, bir torpagın qiyməti 40 milyon manata, digərinin qiyməti isə 3 milyon 900 min manatadır.

Elan saytlarının birində Bakının Nərimanov rayonunda 40 milyon manata boş torpaq sahəsi satılır. Elanda 2 hektar 10 sot ölçüsü olan torpaq sahəsinin yeni tikili bina üçün nəzərdə tutulduğu bildirilir.

Ekspertlər isə bildirir ki, 40 milyon manat həmin torpaq sahəsinin hazırki real bazar qiyməti olsa da, Bakıda bu qədər boş ərazini tapmaq çətin məsələdir.

Bakıda qiyməti milyonlarla ölçülən torpaq sahələri var ki, illərdir boş sahə olaraq qalır. Ekspertlər qiymətlərə baxmayaraq, bu cür torpaqlara daima tələbatın olduğunu deyir. Xüsusi olaraq şəhərin mərkəzində villaların çox olduğu hissələrdə.

Paytaxtda pilot layihələrin icrası və yeni tikili binaların sayının artması belə bahalı torpaqları da tədricən bazardan çıxarır. Hazırda isə ən ucuz torpaqlar Suraxanı və Binəqədi rayonu ərazisi hesab edilir ki, orada qiymətlər 1 sot üçün təxminən 1500 manatdan başlayır.

Mənbə: Xezerxeber.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *