İlham Əliyevin və Həsən Ruhaninin təkbətək görüşü olub » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

İlham Əliyevin və Həsən Ruhaninin təkbətək görüşü olub

İlham Əliyevin və Həsən Ruhaninin təkbətək görüşü olub

Martın 28-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin təkbətək görüşü olub.

***17:24

Martın 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin rəsmi qarşılanma mərasimi olub.

AzərTAc bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İran Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhanini qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi İran Prezidentinə raport verdi.

Prezident İlham Əliyev və Prezident Həsən Ruhani fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

İran Prezidenti Azərbaycan əsgərlərini salamladı.

İranın və Azərbaycanın dövlət himnləri səsləndi.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Həsən Ruhaniyə, İran nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.

Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Həsən Ruhani rəsmi foto çəkdirdilər.
İlham Əliyevin və Həsən Ruhaninin təkbətək görüşü olub
İlham Əliyevin və Həsən Ruhaninin təkbətək görüşü olub
İlham Əliyevin və Həsən Ruhaninin təkbətək görüşü olub
İlham Əliyevin və Həsən Ruhaninin təkbətək görüşü olub
İlham Əliyevin və Həsən Ruhaninin təkbətək görüşü olub
İlham Əliyevin və Həsən Ruhaninin təkbətək görüşü olub
İlham Əliyevin və Həsən Ruhaninin təkbətək görüşü olub
İlham Əliyevin və Həsən Ruhaninin təkbətək görüşü olub
İlham Əliyevin və Həsən Ruhaninin təkbətək görüşü olub

Mənbə: AzerTac
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *