Mirzəliyev “Rosqvardiya”ya atdı, Beynəlxalq Bankın milyonları batdı » AzNews.info -Xəbər portalı

Mirzəliyev “Rosqvardiya”ya atdı, Beynəlxalq Bankın milyonları batdı

Mirzəliyev “Rosqvardiya”ya atdı, Beynəlxalq Bankın milyonları batdı

Rusiyada Azərbaycan Beynəlxalq Bankının törəmə bankı “MBA-Moskva”nın milyonlarla dolları Nazim Mirzəliyev adlı azərbaycanlı biznesmenin dələduzluğunun ucbatından batıb. Virtualaz.org xəbər verir ki, bu qalmaqal barədə Uralda fəaliyyət göstərən “Pravdaurfo.ru” portalı bəhs edir.

Belə ki, biznesmen Nazim Mirzəliyevə məxsus olan “BazisStroyProyekt” adlı tikinti şirkəti 2016-cı ildə “Rosqvardiya” döyüşçülərinin ailələləri üçün çoxmənzilli yaşayış binasının inşasına dair tenderi udub. Lakin sifarişi yerinə yetirməyib, şirkət habelə Sverdlovsk vilayətinin bəzi mülki strukturlarının sifarişlərini də yarımçıq yerinə yetirib. “Rosqvardiya” ilə sövdələşmədə “MBA-Moskva” tikinti şirkətinin üzərinə götürdüyü sifarişlərin yerinə yetirilməsinin maliyyə təminatçısı rolunda çıxış edib. Nəticədə bank sifarişlərin yerinə yetirilməməsinə və işlərin keyfiyyətsiz görülməsinə görə çoxmilyonluq cərimə ödəməyə məhkum edilib.

Mirzəliyev “Rosqvardiya”ya atdı, Beynəlxalq Bankın milyonları batdı


Sifarişçi təşkilatın-“Rosqvardiya”nın “Rusiya Federasiyasının Milli qvardiyasının qoşunlarının 8-ci sifarişçi-tikinti Mərkəzi” adlı strukturunun iddiası əsasında Sverdlovsk məhkəməsi “MBA-Moskva”nın “BazisStroyProyekt” şirkətinə verdiyi bank təminatı həcmində vəsaitin tutulmasına dair qərar çıxarıb. Hazırda bank apelyasiya şikayəti verərək ödədiyi təzminatı geri qaytarmağa çalışır. Lakin hüquqşünaslar bankın bu işi udmasını mümkün hesab etmirlər.

Belə məlum olur ki, Mirzəliyevin şirkəti 2016-cı ildə “Rosqvardiya”nın həmin strukturu tərəfindən elan edilmiş tenderi udub. Sifarişə əsasən şirkət Yekatrinburqda, Sobolev küçəsi, 10 ünvanında çoxmənzilli yaşayış binası inşa edib təhvil verməliydi. Görülən işlərə görə şirkət 175 milyon rubl (təqribən 3 milyon dollar) almalıydı, lakin işləri vaxtında və keyfiyyətli yerinə yetirmədiyinə görə sifarişçi müqaviləni pozub. Habelə Sverdlovsk vilayəti üzrə antiinhisar xidməti idarəsinə müraciət edərək şirkətin adının “qara siyahıya” salınmasını tələb edib. Bu siyahıya düşən şirkətlər dövlət təşkilatlarının keçirdikləri tenderlərə qatıla bilməzlər. Bildirilir ki, şirkətin fəaliyyəti nəticəsində “Rosqvardiya”nın 129 döyüşçüsünün ailəsi vaxtında mənzil ala bilməyiblər. Şirkət işlərin cəmi 15 faizini yerinə yetirib.

Müqavilə pozulandan sonra binanın tikintisi Çelyabinsk Dövlət Dumasının deputatı Oleq İvanova məxsus şirkətə həvalə edilib. Bina ötən ilin sonlarında tikilib təhvil verilib. Sifarişçi Mirzəliyevin şirkətinin yol verdiyi nöqsanları aradan qaldırmaq üçün yeni podratçıya əlavə 5 milyon rubl ödəməli olub.

Azərbaycan bankı isə üzərinə 17 milyon rubl öhdəlik götürübmüş. Məhkəmə həmin vəsaitin 12 milyon rublunu bankdan tutub, qalanını cərimə qismində Mirzəliyevin şirkətinə yükləyib. İndi bank həm bu 12 milyon rublu, həm də Mirzəliyevlər ailəsinə verdiyi 120 milyon rubl krediti (2 milyon dollardan çox) geri qaytarmağa çalışır. Lakin həmin vəsaitlər batmış hesab oluna bilər. Çünki Mirzəliyevin şirkətinin balansında əmlak kimi cəmi 4 dəzgah tapılıb ki, onların da dəyəri heç 400 min rubl eləmir.

Mirzəliyevin şirkəti daha bir sifarişi yarıtmaz icra edir. Şirkət Kamışlıda üç çoxmənzilli binanın tikintisinə dair tenderi udub. Bu binalar prezident Vladimir Putinin qəzalı binaların sakinlərini yeni mənzillərlə təmin etməyə dair təsdiq etdiyi dövlət proqramı əsasında tikilməliydi. İşləri ötən ilin sonunda yekunlaşdırmaq nəzərdə tutulurdu, lakin tikinti hələ də yarımçıqdır.

Xatırladaq ki, Cahangir Hacıyevin dövründə Azərbaycan Beynəlxalq Bankı o cümlədən Rusiyada yüz milyonlarla dolları dələduz iş adamlarına, yaxud Hacıyevin özünüün benefisiarlarına kredit adı altında axıdıb. Nəticədə bu pullar geri qayıtmayıb. Lakin belə görünür ki, Cahangir Hacıyevin irsi ondan sonra da davam edirmiş.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *