Ermənistan Naxçıvanın 20 min hektar ərazisini zəbt edib? » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hərbi

Ermənistan Naxçıvanın 20 min hektar ərazisini zəbt edib?

Ermənistan Naxçıvanın 20 min hektar ərazisini zəbt edib?

Soyadı Akopyan və biri general, digəri deputat olan iki erməni xadimi öz bəyanatları ilə sosial şəbəkələrdə müzakirə dalğası yaradıb və erməni ictimaiyyətini silkələyiblər.

Xatırladaq ki, virtualaz.org-un artıq yazdığı kimi, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general Movses Akopyan bildirib ki, Qarabağda yeni müharibə variantını istisna etmir. Üstəlik onu da iddia edib ki, erməni ordusu bu müharibəyə hazırdır.

Maraqlıdır ki, Movses Akopyanın bəyanatından dərhal sonra Rusiya Strategiya və Texnologiyaların Analizi Mərkəzi Qafqazda münaqişələrə həsr edilmiş "Cənubi Qafqaz: tufanlar ərəfəsində" adlı genişmiqyaslı tədqiqatını ictimailəşdirib. Kitabda aparıcı ekspertlər Azərbaycan Silahlı Qüvvələrinin praktik olaraq tam üstünlüyünü qeyd ediblər və bununla Movses Akopyanın sözlərini, sözün həqiqi mənasında, yalana çıxarıblar.

Ermənistan Naxçıvanın 20 min hektar ərazisini zəbt edib?


Ermənistanın hakim Respublika partiyasını təmsil edən deputat Miqran Akopyan isə daha uzağa gedib. O, "aprel müharibəsi" zamanı 800 hektar ərazinin (Azərbaycanda 2000 hektar haqda danışırlar – red.) itirilməsi ittihamına cavab olaraq deyib ki, əvəzində Serj Sarkisyanın prezidentliyi dövründə ermənilər Naxçıvanda 20 min hektarı (!) nəzarət altına almağı bacarıblar.

Bəzi erməni KİV-ləri də bu informasiyanı, necə deyərlər, göydə tutublar. Məsələn, "Lraqir" qəzeti 2014-cü ilin iyunundakı hansısa əməliyyatdan bəhs edib: "Onda qeyri-rəsmi mənbələr bildirdilər ki, erməni qüvvələri neytral zonada 100 kvadrat kilometr əraziyə nəzarəti ələ aldılar, özü də döyüşsüz. Və nəticədə azərbaycanlılar qoşunları, təhlükəsizlik baxımından, əvvəlki mövqelərdən geri çəkməyə məcbur edildilər. Deputat deyib ki, bunun sayəsində Naxidcavan (Naxçıvan-red.) şəhəri və aeroport atəş zonasına düşüb”.

2014-cü il həqiqətən də sakit il deyildi. Xatırlatmaq kifayətdir ki, Ermənistanın vertolyotu məhz onda-erməni ordusunun Azərbaycanın işğal edilmiş ərazilərində təlimlər apardığı zaman vurulmuşdu.

Amma 20 min hektar haqda, hansı ki, guya Azərbaycan Naxçıvanda itirib, heç kəs heç nə eşitməyib. Və təsadüfi deyil ki, hətta sosial şəbəkələrinin erməni seqmentinin istifadəçiləri və məşhur bloqerlərı Miqran Akopyanı ələ salmağa başlayıblar.

Məsələn, "Yerevanets" adlı məşhur bloqer "Kavkazskiy uzel" saytında "Naxidcavan tezliklə bizim olacaq...:)))" başlığı altında yazı dərc edib.

Həmin yazıda deyilir ki, bu günlərdə "Qraparak" qəzetinin ("Meydan”) müxbiri ilə söhbətdə hakim respublika Partiyasından deputat Miqran Akopyan Serj Sarkisyanın idarəçiliyi dövründə Ermənistanın ərazi uğurları qazandığını bildirib. O qeyd edib ki, onlar torpaq itkisi verməyiblər, sadəcə

həmin 800 hektar əraziyə nəzarət etmək onlar üçün çətin olub, daha dəqiqi, buna həvəsləri olmayıb: “Və əgər biz indi hektarları hesablamağa başlasaq, onda deyəcəyəm ki, Serj Sarkisyanın idarəçiliyi dövründə biz Naxidcavan istiqamətində 20 min hektar ərazi əldə etmişik - baxın, görəcəksiniz".

Bloqer daha sonra yazıb: “Bir sözlə, belə çıxır ki, Serj Sarkisyan Azərbaycanın, bütün dünyadan xəbərsiz, 20 min hektar torpağını gizli fəth edib və bunu heç kim bilmir! Hətta azərbaycanlılar susurlar!

Əslində isə nəinki 20 min hektarı, 20 santimetr torpağı belə fəth etsəydi, Serj Sarkisyana hər ay Milli Qəhrəman ordeni verərdilər!

Əgər iş bundan sonra da belə gedəcəksə, onda respublikaçılar tezliklə bildirəcəklər ki, Serj Sarkisyan artıq İqdırı götürüb və Muşa, Ardağana yaxınlaşır...".

Bizcə, erməni bloqerin bu qeydlərinə nə isə əlavə etməyə ehtiyac yoxdur.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *