Təcridxanada qətl: ömürlük məhkum Cəfər Mirzəyev kriminal avtoriteti necə boğub öldürüb – VİDEO
Rusiyanın Vladimir şəhərinin 1 nömrəli istintaq təcridxanasında kamera yoldaşını öldürən Azərbaycan vətəndaşı Cəfər Mirzəyevin işinə baxılır.
Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, seriya qətllərə görə ömürlük həbsə məhkum edilmiş Mirzəyev bu qətli ötən ilin fevralında törədib. O, kamera yoldaşı, Ryazanadan olan 30 yaşlı kriminal avtoriteti boğaraq qətlə yetirib.
Hadisə baş verərkən Mirzəyev barəsində çıxarılmış hökmdən verilmiş apellyasiya şikayətinin nəticəsini gözləyirdi və bu səbəbdəb təcridxanada saxlanılırdı. Dəfələrlə ağır cinayətlərə görə məhkum edilmiş residivistlə bir kamerada saxlanılan Mirzəyevi daha bir qətl törətməyə kriminal avtoritetin qoyduğu qaydalarla barışmaması vadar edib. Belə ki, avtoritet kamera yoldaşlarından ona adına uyğun hörmət qoymağı tələb edib, onlara o cümlədən güc tətbiq etməklə təsir göstərib. Mirzəyev isə bu vəziyyətlə barışmayıb və istintaqın versiyasına görə o, əvvəlcə kamera yoldaşına qələm, karandaş və lezviya ilə hücum edib. Sonra onu döşəkağı ilə boğaraq öldürüb. Nəticədə törətdiyi qətllərin üstünə daha birini artırıb.
Mirzəyev özü azərbaycanlılardan ibarət olan və Azad Məmmədovun liderlik etdiyi “qara rieltorlar” bandasının fəal üzvü olub. Bu banda üzvləri yaşlı insanları qətlə yetirərək onların evlərini ələ keçirməklə məşğul idi. Banda üzvləri 2013-cü ildə tutulub və 2016-cı ildə onlara hökm çıxarılıb. Mirzəyevin azı dörd qətldə iştirak etdiyi təsdiqlənib.
Mənbə:> Virtualaz.org