Ərdoğandan müjdəli açıqlama: Afrində türk bayrağı dalğalanır » AzNews.info -Xəbər portalı

Ərdoğandan müjdəli açıqlama: Afrində türk bayrağı dalğalanır

Ərdoğandan müjdəli açıqlama: Afrində türk bayrağı dalğalanır


Afrin şəhər mərkəzi bu gün saat 08.30 radələrində Türkiyə ordusunun dəstəyi ilə müxalif Azad Suriya Ordusu tərəfindən tam nəzarətə götürülüb.

Oxu.Az “Anadolu”-ya istinadla xəbər verir ki, bunu bu gün Çanaqqala zəfərinin 103-cü ildönümünə həsr edilmiş təntənəli mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib:

“Afrində terrorçuların çirkli və cırılmış bayraqarı deyil, azadlıq və sabitliyin rəmzi olan bayraqlar dalğalanır. Hazırda Afrində Türkiyə və Azad Suriya Ordusunun bayraqları dalğalanır”.

Həmçinin Ərdoğan bildirib ki, Ankara regionda infrastrukturun bərpası üçün əlindən gələni edəcək:

“Suriyalı qaçqınların vətənlərinə qaytarılması üçün lazımi tədbirlər görəcəyi”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *